Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır. Məlum olduğu kimi, Şuşaya aparan bir yol var idi və həmin yol işğalçı qüvvələr tərəfindən ciddi şəkildə mühafizə olunurdu. Lakin hərbçilərimiz, xüsusilə də xüsusi təyinatlılarımız sıldırım qayalıqları və dağları aşaraq qarşılarındakı ən çətin vəzifələrdən birinin öhdəsindən layiqincə gəldilər. Əgər qələbəmiz böyük bir tacdırsa, Şuşa əməliyyatı onun üzərindəki ən parlaq brilyantdır. Bu əməliyyat dünya hərbi ekspertlərinin də diqqətini cəlb etdi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

"Ermənilər Şuşanı heç vaxt verməyəcəklərini iddia edir, şəhərin alınmasını mümkünsüz hesab edirdilər. Lakin Şuşa yenidən azad Azərbaycan şəhərinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsindən sonra noyabrın 8-də səhər saatlarında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarı önündə, daha sonra Şəhidlər xiyabanında hesabat verməsi də xüsusi məna daşıyırdı. Dövlət başçısı bununla ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan hadisənin müəllifi kimi tarixə düşdü.

Şuşanın həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyəti var. Şəhərin adı yüksəklik anlayışı ilə bağlıdır. Eyni zamanda, Şuşa xalqımızın başını ucaldan milli mədəniyyət mərkəzlərimizdən biridir. Buradan böyük xanəndələr, Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlər yetişib. Şuşa Azərbaycan musiqisinin və mədəniyyətinin mühüm beşiklərindən biridir. Buna görə də onun xalqımız üçün əhəmiyyətini ölçmək çətindir.

Hər bir xalqın özünəməxsus müqəddəs simvolları var. Şuşa da Azərbaycan xalqı üçün belə bir simvoldur. İnsanlar, ordular və cəmiyyətlər bu simvolları qoruyur, onların ətrafında yeni nəsillər yetişdirir, tarixi hadisələri yaşadırlar. Hesab edirəm ki, Şuşanın tarixində azadlıq əməliyyatı xüsusi yer tutur. Biz məkrli düşmənlə apardığımız ağır mübarizədə şəhəri geri aldıq və bayrağımızı orada dalğalandırdıq.

Bu gün Şuşa tədricən öz ənənəvi həyatına qayıdır. Şəhər yaşamalı, yaratmalı və yaradıcı potensialını gücləndirməlidir. Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu bu prosesə böyük diqqət ayırırlar. Şuşa artıq öz ənənəvi həyat ritminə qayıtmaq istiqamətində inkişaf edir.

Şuşanın azad olunması bizim üçün böyük hadisə idi. Bununla qəhrəmanlıq dastanımızı ən yüksək notda tamamlaya bildik. Lakin bundan sonra da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində mühüm hadisələr baş verdi. Xankəndi və ətraf ərazilərdə möhkəmlənmiş separatçı qüvvələr Azərbaycan dövlətinə meydan oxuyurdular. 2023-cü il sentyabrın 19-da Prezidentin tapşırığı və əmri ilə antiterror tədbirlərinə başlanıldı. Əməliyyat cəmi bir gündən də az müddətdə uğurla başa çatdı.

Bu tədbirlər zamanı mülki əhali arasında itkilərin olmaması Azərbaycanın humanist mövqeyini bir daha nümayiş etdirdi. Müqavimət göstərən silahlı qüvvələr zərərsizləşdirildi. Ərazidə xeyli sayda hərbi resursun və istehkamın mövcudluğu Ermənistanın və onun havadarlarının Azərbaycan torpaqlarında uzunmüddətli möhkəmlənmək niyyətində olduqlarını göstərirdi. Onlar müharibənin başa çatdığını və Azərbaycanın ərazilərinin işğal altında qalması ilə barışdığını düşünürdülər. Lakin belə olmadı.

Həm Şuşa əməliyyatı, həm də antiterror tədbirləri Azərbaycanın yeni qəhrəmanlıq salnaməsinin ayrılmaz hissələridir. Ermənistan bundan sonra da bilməlidir ki, Azərbaycana qarşı məkrli siyasət yürütmək, düşmənçilik mövqeyi nümayiş etdirmək və revanşizmə bel bağlamaq nəticə verməyəcək. Azərbaycan dövləti güclüdür. Biz bütün dünyaya bəyan etmişik ki, heç kimin torpağında gözümüz yoxdur və heç kimə hücum etməmişik. Əksinə, torpaqlarımız uzun müddət işğal altında saxlanılıb və biz beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq öz ərazilərimizdə suverenliyimizi bərpa etmişik.

Bununla da bölgəmizdə sabitliyin bərpası istiqamətində mühüm addımlar atılıb. Təhlükəsizlik tədbirləri isə davam etdirilir. Azərbaycan bu proseslərdə yeni regional nizamın formalaşmasında məsuliyyət daşıyan ölkə kimi çıxış edir. Dünyada yeni nizam formalaşırsa, bu proses bizim yaşadığımız regionda da özünü göstərir.

Hesab edirəm ki, bütün bu proseslər dünya ictimaiyyətinin və qlobal sistemin gözü qarşısında baş verir. Azərbaycan bundan sonra da müsbət dəyişikliklərin həyata keçirilməsi istiqamətində ardıcıl siyasət yürüdəcək. Bu, həm dövlətin inkişaf konsepsiyasından, həm də Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttdən irəli gəlir.

Bu gün ölkəmizdə inkişaf meyilləri ilə yanaşı, təhlükəsizlik dayaqları da gücləndirilir. İnsanlarımız üçün ən vacib amillərdən biri sabitlik və rifahdır. Dövlət, ordu və cəmiyyətin vəhdəti də bu məqsədlərin həyata keçirilməsində həlledici rol oynayır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 259   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr
.

Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir

Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurl

2 noyabr
.

Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Altı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına

2 noyabr
.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

Zaur Abişevə yüksək vəzifə verildi

Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxal

4 noyabr
.

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır

5 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr
.

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir

Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər

2 noyabr