Çin Sakit okeanda genişmiqyaslı hərbi təlimlər keçirib - Tayvan narahatdır

Çin Sakit okeanda genişmiqyaslı hərbi təlimlər keçirib - Tayvan narahatdırÇin noyabrın əvvəlində Qərbi Sakit okean və Tayvan ətrafında əvvəlcədən elan edilməmiş genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı Çin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinə məxsus 100-dən çox gəmi bölgədə fəaliyyət göstərib.

Bu barədə "Reuters" agentliyi Tayvanın təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Tayvan rəsmilərinin bildirdiyinə görə, təlimlər çərçivəsində digər ölkələrin hərbi qüvvələrinə, eləcə də Tayvan şəhərlərinə hücum ssenariləri məşq edilib. Çin hərbi qüvvələrinin şərq, şimal və cənub əməliyyat komandanlıqlarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsi diqqət çəkib.

Tayvan rəsmiləri bu hərəkətləri Pekinin adaya və digər hökumətlərə qarşı "səssiz təzyiq" siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Onların fikrincə, Çin açıq şəkildə hərbi əməliyyat elan etmədən bölgədə hərbi gücünü nümayiş etdirir.

Məlumata görə, Çin sualtı qayığı Sarı dənizdən materik istiqamətində qitələrarası ballistik raket də buraxıb. Bununla belə, Çin Müdafiə Nazirliyi təlimlərlə bağlı Reuters-in sorğusuna cavab verməyib.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Tayvanın təhlükəsizlik rəsmiləri noyabrın 13-də bölgədəki Çin gəmilərinin sayının təxminən 70-ə qədər azaldığını, lakin "Liaoning" aviadaşıyıcı zərbə qrupunun və Çin hərbi aviasiyasının fəallığının davam etdiyini bildiriblər.

Qeyd edək ki, Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və ada üzərində suverenlik iddiasını irəli sürür. Tayvan hökuməti isə bu iddianı qəbul etmir. Çin gələn həftə Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə ev sahibliyi edəcək. Tədbir çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşü də gözlənilir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 519   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13 noyabr
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14 noyabr
.

ABŞ rəsmisi Trampın Putin və Si Cinpinlə görüşündə Ukraynanı deyil, İranı müzakirə edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli danışıqlarda Çin və Rusiya həmkarları ilə İran müharibəsini müzakirə edəcək, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə danışacağı gözlənilmir. Bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib. The Times of İsrael-ə istinadə

14 noyabr
.

Pakistan ordusu Əfqanıstan sərhədində 74 silahlını öldürüb

Pakistan ordusu Əfqanıstanla sərhədyanı ərazilərdə keçirdiyi əməliyyatlar zamanı 74 silahlının öldürüldüyünü açıqlayıb. Məlumata görə, Pakistan hərbçiləri son 10 gün ərzində silahlı qruplaşmaların gizləndiyi mövqelərə reydlər keçirib. Associated Press-ə istinadən xəbər verir ki, əməliyyatların sərhə

13 noyabr
.

Yaponiyada güclü zəlzələ: 76 nəfər xəsarət alıb

Yaponiyanın şimalında yerləşən Kumamoto bölgəsində baş verən 4 bal gücündə zəlzələ nəticəsində azı 76 nəfər xəsarət alıb. Reuters-ə istinadən xəbər verir ki, yeraltı təkanlar səbəbindən qatarların hərəkəti dayanıb, yüzlərlə sərnişin qatarlarda qalıb, minlərlə evdə elektrik enerjisinin verilişində fasilələ

13 noyabr
.

Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Xarkov vilayətinin Kotovka və Sum vilayətinin Nikolskoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

13 noyabr
.

İran Bəhreyndə ABŞ radarını vurduğunu açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yaydığı açıqlamada bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə ABŞ-ın bir radar stansiyasını vuraraq məhv edib. xəbər verir ki, Telegram kanalında yerləşdirilən açıqlamada deyilir: "Düşmənin Sirik bölgəsindəki telekommunikasiya qülləsin

13 noyabr
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14 noyabr
.

Ermənistan-Rusiya münasibətlərinin gündəmində yeni gərginlik

"Son zamanlar üçüncü ölkələrin sorğuları əsasında Ermənistanda Rusiya vətəndaşlarının həbsi məsələsi Ermənistan-Rusiya gündəliyində müzakirə mövzusuna çevrilib. Bu, beynəlxalq hüquqi prosedurlar çərçivəsində xaricdən təqdim edilən sorğular əsasında aparılan həbslərə aiddir və bunun nəticəsində vaxtaşır

14 noyabr