Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub.
Hesabata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 % az olub.
Bu ilin sentyabr ayında isə Azərbaycandan Türkiyəyə cəmi 867,12 milyon kubmetr təbii qaz tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,51 % azdır.
Beləliklə, sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz təchiz edən ölkələr sırasında ikinci pillədə qərarlaşıb. Türkiyənin ümumi təbii qaz idxalında Azərbaycanın payı 32,29 % təşkil edib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 958,25 min kubmetr təbii qaz ixrac edib.
Təkcə sentyabr ayı ərzində Türkiyə ümumilikdə 2 milyard 685,29 milyon kubmetr təbii qaz alıb ki, bu da 2025-ci ilin həmin dövrünün göstəricisi ilə müqayisədə 25,52 % azalma deməkdir.
Həmin ayda Türkiyəyə boru kəmərləri ilə 2 milyard 495,11 milyon kubmetr (-92,92 %) qaz çatdırılıb, 190,18 milyon kubmetr (-7,08 %) isə mayeləşdirilmiş təbii qaz şəklində idxal edilib.
Sentyabrda Türkiyəyə təbii qaz tədarükündə lider mövqeyi Rusiya tutub. Ay ərzində bu ölkədən Türkiyəyə 967,76 milyon kubmetr təbii qaz nəql olunub. Bu rəqəm 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 33,12 % azalma nümayiş etdirib.
Hesabat dövründə üçüncü mövqeni İran tutub. İran həmin ay ərzində Türkiyəyə 660,22 milyon kubmetr qaz göndərib. İllik müqayisədə İrandan Türkiyəyə qaz tədarükü 18,23 % azalıb.
Xatırladaq ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan təbii qaz ötürülür. Qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyəyə 2007-ci ildə daxil olub. TANAP üzrə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da start verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 178 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA
Ali təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır
13 noyabrPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13 noyabrBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
15 noyabrİkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
15 noyabrAzərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 6
13 noyabrAzərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa
Azərbaycanda müəllimlər üçün yeni öhdəlik qoyulub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarında yeni əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı
13 noyabr