COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığının təmin edilməsi üçün ədalətli və inklüziv texnologiyaların inkişafı" mövzusunda panel müzakirələri keçirilib.
Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbirin moderatoru ICESCO-nun İnnovasiya və yaradıcılıq, elm və ətraf mühit sektorunun rəhbəri İsaam Krimi olub.
Müzakirələrdə ICESCO-nun Elm və Ətraf Mühit sektorunun rəhbəri Kuanyş Yegaliyev, COP31 Məşvərət Şurasının üzvü, COP22-nin yüksəksəviyyəli iqlim çempionu, Mərakeş Krallığının sabiq ətraf mühit naziri Hakima El Haite, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə koordinatoru Romina Khurshid Alam, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev, IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Aralıq dənizi İttifaqının iqlim siyasəti üzrə eksperti Hatim Azenaque və ICESCO-nun eksperti Vissam Chehade çıxış ediblər.
Panel zamanı iqlim dəyişmələrinin yaratdığı çağırışların həllində innovativ texnologiyaların tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması və təbii fəlakətlərə qarşı dayanıqlılığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İqlim texnologiyalarına bərabər çıxış imkanlarının təmin edilməsinin, xüsusilə inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 111 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
14 noyabrPirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14 noyabrMotosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub. İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır. *. Əldə etdiyimiz məlumat
13 noyabr22° isti... - Sabahın havası
Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 ist
13 noyabrQızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib
13 noyabr"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)
Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl
13 noyabrÖlkədə bir şagirdə 1700 manat xərclənir
"Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını
13 noyabr