COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi" mövzusunda panel iclasda iştirak edib.
BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirin açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında oynadıqları rolun və onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
O, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Leyla Əliyeva IDEA İctimai Birliyinin layihələrində qadınların fəal iştirakını qeyd edərək, xüsusilə bölgələrdə reallaşdırılan təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.
Paneldə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə qadınların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi əsas məsələlər kimi dəyərləndirilib. Həmçinin Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə innovativ təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.











Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 124 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11 noyabrPrezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13 noyabrAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
14 noyabrPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11 noyabrŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11 noyabrZəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
11 noyabr