Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
Azərbaycan yığmasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev qalmaqallı açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, azersiport.com saytına danışan təcrübəli qapıçı Millətlər Liqasındakı qaydaları bilmədiklərini etiraf edib.
O bildirib ki, Lixtenşteynlə son turun matçında ən azı 2 top vurmalı olduqlarını və Avropa çempionatının pley-off mərhələsi üçün ümumilikdə D divizionunda birinci yeri tutmaqlarından xəbərləri olmayıb: "Əvvəlcədən bu qaydadan xəbərimiz yox idi. Deyəsən, əvvəllər belə qayda mövcud deyildi, sonradan əlavə edildi. Müxtəlif versiyalar var idi. Eşitmişdim ki, xallar bərabər olacağı təqdirdə reytinqdə daha yuxarıda olan komanda növbəti mərhələyə yüksələcək. Bu göstəricidə isə biz Maltadan öndəyik".
"Bəs çoxlu qol vurmaq lazım olduğunu bilsəydiniz, fərqli oynayardınız?" sualına Məhəmmədəliyev belə cavab verib: "İkinci hissədə fərqli oynayardıq. Amma biz sadəcə qalib gəlmək və qrupu birinci pillədə başa vurmaq barədə düşünürdük".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 215 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Liverpul" Trey Nyoni ilə müqavilənin müddətini yeniləməyə yaxındır
İngiltərənin "Liverpul" klubu futbolçusu Trey Nyoni ilə müqavilənin müddətini uzatmağa yaxındır. "GiveMeSport"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir və 19 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə yeni sözləşmə noyabrdakı beynəlxalq fasilə zamanı imzalan
12 noyabrQrizmann ilin ən yaxşı futbolçusu seçildi
"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb. xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2026-cı ilin martında "Orlando Siti" ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub
18 noyabrRonaldinyo illər sonra peşəkar futbola qayıtmasının səbəbini açıqladı
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar futbolçu karyerasını başa vurduqdan illər sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarının səbəbini açıqlayıb. "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ronaldinyo futbola qayıdışını "Ravenna" klubunun prezidenti İqnatsi
15 noyabrToraldan atmacalı açıqlama - Video
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"
13 noyabrHarri Keyn Avropanın ən çox maaş alan futbolçusu olub
"Bavariya"nın hücumçusu Harri Keyn yeni müqavilə imzaladıqdan sonra Avropanın ən yüksək məvacibli futbolçusuna çevrilib. xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı ingiltərəli forvardla 2029-cu il iyunun 30-dək qüvvədə olaca
11 noyabr