Avropanın və ABŞ-ın bir neçə aviaşirkəti Ukraynaya uçuşları ləğv edib
Avropa İttifaqının və ABŞ-ın bir neçə aviaşirkəti Ukraynaya uçuşları ləğv edib.
"Report" xəbər verir ki, bunu Kiyev və Odessa hava limanlarının onlayn tablosunun məlumatları sübut edir.
Belə ki, Amerikanın "Delta Airlines" və Niderlandın "KLM" aviaşirkətləri Kiyevin Borispol hava limanına uçuşları ləğv edib.
Bundan əlavə, "Ryanair" şirkətinin Kiyevdən Poznana uçuşu həyata keçirilməyəcək, "LOT" Polşa Hava Yollarının Odessadan Varşavaya reysi ləğv edilib.
Qeyd edək ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən biri artıq bazar ertəsi gününün ortalarından etibarən Ukraynanın hava məkanında mülki təyyarələrin sığortasının dayandırılacağına dair aviaşirkətlərə bildirişlər göndərib. Qeyd olunub ki, icarəyə götürülmüş təyyarələrin sahibləri artıq öz təyyarələrinin Ukrayna hava məkanına daxil olmasını qadağan edirlər.
Niderlandın "KLM" aviaşirkəti şənbə günündən etibarən Ukraynaya uçuşları dayandırıb. Ukraynanın "SkyUP" aviaşirkəti bazar günü bildirib ki, onun Portuqaliyanın Funşal şəhərindən uçan təyyarəsi şənbə günü Kiyev əvəzinə Kişinyovda eniş etmək məcburiyyətində qalıb, çünki təyyarənin sahibi olan İrlandiya şirkəti Ukrayna hava məkanına girişi qadağan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1222 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy
28 oktyabrAvropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29 oktyabrBosniya və Herseqovinada helikopter qəzasında üç nəfər həlak olub
Bosniya və Herseqovinadakı Avropa Birliyi hərbi qüvvələrinə (EUFOR) məxsus helikopterin Qoriçe bölgəsində, Brçko şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, "qeyri-rəsmi məlumatlara görə, fəlakət nəticəsində üç nəfər ölüb". Brçko Rayon Polisi, yanğınsöndürm
30 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrBu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabrPolşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabr