ÜST koronavirusun daha təhlükəli ştamı barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, ÜST rəhbəri koronavirusun daha təhlükəli ştamının yaranmasının mümkün olduğunu qeyd edib. Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.
O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması "pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə" səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1827 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabrİtaliyada kütləvi etirazların yeni dalğası başlayıb
İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb, ən irimiqyaslı aksiyaların Milanda keçiriləcəyi gözlənilir. xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Etirazçılar əməkhaqqının artan yaşayış xərclərinə uyğun olaraq tənzimlənməsini tələb edirlər. Həmkarlar ittifaqları hökuməti ilki
30 oktyabrBosniya və Herseqovinada helikopter qəzasında üç nəfər həlak olub
Bosniya və Herseqovinadakı Avropa Birliyi hərbi qüvvələrinə (EUFOR) məxsus helikopterin Qoriçe bölgəsində, Brçko şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, "qeyri-rəsmi məlumatlara görə, fəlakət nəticəsində üç nəfər ölüb". Brçko Rayon Polisi, yanğınsöndürm
30 oktyabrŞimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?
Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır
30 oktyabrƏhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri
29 oktyabrPolşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmi
30 oktyabr