Bakı ilanlara məskən olur: Sürünənlərlə qarşılaşan zaman nə etməli? - AÇIQLAMA + VİDEO

Bakı ilanlara məskən olur: Sürünənlərlə qarşılaşan zaman nə etməli? - AÇIQLAMA + VİDEO"Ölkədə, o cümlədən Abşeron yarımadasında ilanların fəallığı artıb. Qışlama yerlərindən yenicə çıxan sürünənlər, eləcə də ilanlar cütləşmə, çoxalma, yemlənmə ilə bağlı ətraf ərazilərə yayılırlar. Bu dövrlərdə insanların tez-tez ilanlarla rastlaşması mümkündür ki, paytaxt ərazisində artıq bir neçə belə hal baş verib".

Bu sözləri Oxu.Az-a açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül Hüseynov deyib.

O bildirib ki, Bakı sürünən heyvanlar üçün yaşayış məskəni deyil:

"Bakı landşaft baxımından şəhər tipli olduğundan ilanların yaşayışı üçün şərait mövcud deyil. İlanların yaşaması üçün sakit mühit, yem obyektlərinin (siçan-siçovul, kərtənkələ, müxtəlif xırda məməlilər və s. - red), sığınacaq yerlərinin mövcud olmaması onların uzun müddət paytaxtda qalmasına imkan vermir.

Lakin buna baxmayaraq, ilanlar müxtəlif yollarla paytaxt ərazisinə qədər gətirilir. Tikinti yerlərindən, çöllükdən, Bakının ətrafındakı yarımsəhra ərazilərdən TIR-larla daşınan qumun, daşın arasında ilanlar olur. Bu, təsadüfən olur və belə hallarda insanlar ilanlarla qarşılaşanda müəyyən mənada narahatlıq keçirirlər. Əslində, bu o qədər də vahiməyə səbəb olan fakt deyil. Çünki ilanlara toxunmasanız, onlar sizə zərər verməzlər. Bütün hallarda bu kimi halların olmaması daha arzuolunandır".

Bəs ilanlarla qarşılaşan zaman onları daşlamaq, yoxsa həmin yerdən uzaqlaşmaq lazımdır?

Mütəxəssis bu kimi hallarla qarşılaşan zaman hansı addımın atılması ilə bağlı tövsiyələrini də verib:

"Şəhər mühitində insanlar ilanlarla rastlaşırlarsa, bu, fövqəladə hal hesab olunur və Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Əslində, bu sahədə xüsusi səriştəsi olan insanların köməyinə ehtiyac var. Lakin təəssüf ki, ölkədə, xüsusilə Bakıda belə bir qurum yoxdur. Odur ki, məsləhət görərdik ki, bu kimi hallarda FHN-ə müraciət edilsin".

Qeyd edək ki, son günlər paytaxt küçələrində gözə çarpan ilanlar insanları qorxudub. İddialara görə, Elmlər Akademiyasının həyətində, Memarlıq və İnşaat Universitetinin həyətində, hətta maşınların üzərində belə ilanlara rast gəlinib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2305   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr