Maşınına dəyişiklik etdi: DYP niyə qeydiyyata almadı? - AÇIQLAMA + FOTO

Maşınına dəyişiklik etdi: DYP niyə qeydiyyata almadı? - AÇIQLAMA + FOTOGəncə şəhər sakini Heydər Qaytaranov özünə məxsus avtomobilin qeydiyyata alınmamasından şikayətçidir.

"Qafqazinfo"ya müraciət edən vətəndaş bildirib ki, o, avtomobildə müəyyən konstruksiya dəyişiklikləri edib və maşını dəyişikliyə uyğun DYP-də qeydiyyatdan keçirmək istəyib.

Onun sözlərinə görə, Gəncə şəhər 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi onun müraciətinə mənfi cavab verib:

"Dövlət qeydiyyat nömrəsi 32-BH-160 olan "QAZ-M21" markalı minik avtomobilimlə bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, qeydiyyata alınmır. Düzdür, həmin nəqliyyat vasitəsinin strukturunda müəyyən dəyişikliklər etmişəm. Avtomobilimin dövlət qeydiyyatından keçirilməsini və uçota alınmasını xahiş etmişəm. Amma müraciətim təmin olunmayıb".

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupu ilə əlaqə saxladıq. Baş inspektor, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, vətəndaşın müraciətinə baxılıb:

"Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və məlum olub ki, vətəndaşın avtomobilə etdiyi konstruksiya dəyişikliyi qanunaziddir, buna görə də onun avtomobili dövlət qeydiyyatına alına bilməz".

Qeyd edək ki, qanuna əsasən, qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır. Avtonəqliyyat vasitələri qeydiyyata alınarkən mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsinin konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir.
Maşınına dəyişiklik etdi: DYP niyə qeydiyyata almadı? - AÇIQLAMA + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1490   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr