"QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin?" - Deputatdan ETİRAZ

"QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin?" - Deputatdan ETİRAZ"Bütün dünyada insan alveri, zorakılıq və buna bənzər cinayətlərin qurbanlarına xidməti əsasən qeyri-kommersiya təşkilatları həyata keçirir. Bizdə də bu, qismən belədir. Hörmətli Seyfulla müəllim hesabatda bu barədə xeyli danışdı".

Sonxeber.az-ın məlumatına görə bu sözləri millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, dövlət tərəfindən göstərilən kömək kifayət qədər deyil:

"Qeyri-kommersiya, yəni qeyri-hökumət təşkilatlarına daha çox vəsait və resurslar verilməlidir.

Azərbaycanda insan alveri, zorakılıq sahəsində fəaliyyət göstərən və DİN-in də əməkdaşlıq etdiyi təşkilatlar var. Sağ olun ki, onlara kömək edirsiniz. Bu təşkilatların xeyli problemləri var və onlar dövlət səviyyəsində həll edilməlidir.

Birincisi, bu təşkilatlara infrastrukturu olan sığınacaqlar niyə dövlət tərəfindən təmin edilməsin? QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin? Məcbur olub, bir yerdən o biri yerə köç edirlər, bu da xidmətin keyfiyyətinin aşağı düşməsinə və qurbanların ikinci dəfə didərgin düşməsinə səbəb olur.

İkincisi, bu təşkilatların kommunal xərcləri dövlət hesabına qarşılansa, məqbuldur. Bu təşkilatlar pul qazanmır, dövlətin çəkməli olduğu yükü çəkir. Biz bunlardan hüquqi şəxs kimi kommunal xərclər istəyirik və onların bunu vermək imkanları yoxdur. Bu məsələ müzakirə edilib həll yolu tapılmalıdır.

Üçüncüsü, Komitə iclasında QHT nümayəndələri dedilər ki, qurbanların tibbi sığorta ilə bağlı ciddi problemi var. Bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır və biz "Sığorta haqqında qanun"a "insan alveri, zorakılıq qurbanları" sözlərini də əlavə etməliyik ki, bu şəxslər tibbi sığortadan yararlana bilsinlər. Bu məsələ ilə bağlı iki ay öncə İcbari-Tibbi Sığorta Agentliyinin sədri hörmətli Zaur Əliyevlə danışmışam və məsələyə isti yanaşıb və köməklik göstəyməyə çalışırlar. Amma bu, xahişlə olmur, gərək qanun bunu təsbit etsin.

Dördüncüsü, sığınacaqlarda reabilitasiya olunan qurbanların cəmiyyətə reinteqrasiyasında ciddi problemlər var. Onlara peşələr öyrədilir, amma daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Əlavə olaraq, qurban sığınacaqı tərk edəndə konkret iş yerinə yönəldilməlidir. Iş yeri isə 300-400 manat olanda, o şəxs reinteqrasiyadan imtina edir və köhnə peşəsinə qayıdır. Bütün bunlar da ABŞ Dövlət Departamentinin illik insan alveri hesabatında əksini tapır.

Artıq Azərbaycan üçüncü ildir ki, bu hesabatda İkinci Müşahidə Qrupunda saxlanır. Mən hesabatda irəli sürülən tövsiyələrə doğru-dürüst əməl olunmasına çağırış edirəm. Buraya məhkum olunan insan alverçilərinə adekvat cəzalar, sərt həbs cəzaları kəsmək; məcburi əmək, uşaq alveri daxil ölkəiçi insan alveri ilə mübarizəni gücləndirmək; alver qurbanlarının yoxlanması üçün standart prosedurların qəbulu, rəsmilərə bu sahədə təlim keçmək, müstəntiqlərə, prokurorlara, hakimlərə müvafiq təlim keçmək; qrafik üzrə və qəfil əmək təftişlərinə moratoriumu qaldırmaq; potensial uşaq qurbanların qorunması üçün spesifik prosedurlar qəbul edərək həyata keçirmək və sairə daxildir.

Beşincisi, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu qaldırmaq və analoji hesabatlarda yüksək yer tutmaq üçün ictimai birliklər və fondlar haqqında qanuna edilən məhdudlaşdırıcı müddəaları aradan qaldırmalıdır. Məhz QHT-lərə bu məhduduiyyətlər tətbiq ediləndən, onların beynəlxalq təşkilat və fondlarla əməkdaşlığına qadağa qoyulandan sonra qabaqlayıcı tədbirlərin görülməsi xeyli aşağı düşüb. Məhz bundan sonra əxlaqsızlıq və zorakılıq halları, erkən nigahların sayı artıb, ictimai nəzarət isə tam olaraq zəifləyib.

Sonda müraciətlərə operativ cavab verdiyinə, köməklik göstərdiyinə görə nazir Vilayət Eyvazova, Seyfulla müəllimə və ümumilikdə rəhbərliyə təşəkkürümü bildirirəm. Biz hər bir problemin, müraciətin həllinə nail ola bilmirik, amma ən azından münasibət göstərmək, diqqət ayırmaq da mənim çox narazı qaldığım indiki reallıqda böyük işdir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1995   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr