Gəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLAR
Xəbər verdiyimiz kimi, Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla nişanlanıb. Hər iki gənc indi Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələridir.
Sonxeber.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Azərbaycan Dövlət Aqrar Universitetində onlarla görüşüb.
Talışla Sevil bir məhəllədə yaşayırlar. Bir-birilərini də uşaq vaxtlarından tanıyırlar. Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutanda Sevil atası və anası ilə birgə həyətlərinə düşən raket nəticəsində dağıntılar altında qalıb.
O dəhşətli gecədən danışan Talış Şərifov deyib:
"Həmin vaxt evimizin zirzəmisində idik. Gecə saat təxminən 2-də şiddətli partlayış səsi eşitdik. Hiss olundu ki, raket yaxın əraziyə düşdü. Sevilgillə bizim ev yaxın olduğundan qaçaraq onların evinə getdim. Hər yer darmadağın olmuşdu. Toz-torpaqdan göz-gözü görmürdü.
Sevilin ayaqlarını dağıntılar arasında gördüm. Huşunu itirmişdi, başında qan axırdı. Tez onu dağıntılar altından çıxardım. Yeriyə bilmirdi, qucağımda evimizə gətirdim. Xoşbəxtlikdən həmin gecə qardaşı evdə yox idi. Lakin Anar əmi ilə Nurçin xalanın (red - Sevilin valideynləri) axtarışları 12 saat davam etdi. Təəssüf ki, onları xilas etmək mümkün olmadı..."
Talış Şərifovun sözlərinə görə, Sevillə bir-birilərinə hələ uşaq vaxtlarından tanıyırlar.
"O dəhşətli gündən bəri həmişə Sevilin yanındayam, ona dayaq olmağa çalışıram. Bir ömür boyu da yanında olacağam," - deyə o əlavə edib.
Sevil isə o günü belə xatırlayır:
"Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim. O gündən bəri çox ağır psixoloji sarsıntı keçirdim. Talış hər zaman mənim və qardaşım Hüseynin yanında oldu. Erməni vəhşiliyi bizim həyatımızda silinməz iz buraxdı, ancaq biz bir-birimizə arxalandıq və taleyimizi də birləşdirməyə qərar verdik".
Hər iki valideynini itirən Sevil gələcəkdə müəllim kimi işləmək istəyir.
"İstəyirəm ki, gənclərə erməni vəhşiliyindən danışım, qoy, onlar düşmənimizi daha yaxşı tanısınlar", - deyən Sevil həmin günləri heç vaxt unutmayacağını bildirib.
Qeyd edək ki, Sevil Əliyeva və 10 yaşlı qardaşı Hüseyn ana nənəsinin himayəsindədirlər.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4349 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrVətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
21 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr