"İndi biz uşaqlarımızı təhsil almağa göndərməyək ki, müəllim onu döyəcək?!"

"İndi biz uşaqlarımızı təhsil almağa göndərməyək ki, müəllim onu döyəcək?!"Xəbər verdiyimiz kimi, Zəngilan rayonu 35 saylı məktəbin Məshəti adlı musiqi müəllimi 8-ci sinif şagirdini döyüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl də şagirdin müəllim tərəfindən döyüldüyünü əks etdirən görüntülər olub. Müəllimlərin belə rəftarlarının səbəbi nədir?

Bununla bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov fikir bildirib.

O məsələyə biraz ironik yanaşaraq, əslində müəllimin şagirdi döymədiyini, sadəcə "masaj etdiyini" deyib:

"Yeni təhsil strategiyasının əsasına görə, uşaqlarda hər hansı bir problem və narahatlıqlar varsa, onları "masaj" edib sağaltmaq lazımdır. Bu, "Gələcəyə baxış" təhsil konsepsiyasının əsasını təşkil edir. Yəni orada müəllim uşağı döymür. Sadəcə uşağın başında qaşınma, belində ağrı olduğu üçün müəllim onu yoluna qoymağa çalışır.

Zarafat bir yana, inanın ki, hazırkı vəziyyət yaxşı və şükürlüdür. Bunun daha betəri olacaq! Nə qədər ki, təhsildən xəbərsizlər, təcrübəsizlər təhsildə "at oynadır" və cəzasız qalır, belə də olacaq!

Gündə dövlət büdcəsindən pul ayırıb kitab çıxardırlar. Ortada heç nə yox! Müəllim şagirdi döyür, şagird şagirdi bıçaqlayır. Daha nə gözləyirsiniz?

Bunların səbəbi cəzasızlıqdır. Artıq nəzarət itib.

Biz demirik ki, uşaqların hamısı yaxşıdır. Lakin uşaq müzakirə elementi ola bilməz. Siz müəllimsinizsə, bütün situasiyalara hazır olmalısınız.
Müəllimin psixoloji problemi var?! Belə çıxır ki, təhsil boş şeydi?! Hamımızın psixoloji problemi var. Onda qarşımıza kim çıxsa, döyək?!
Bu gün təhsil və tədris mühiti məhv olub. Müəllimi işdən çıxartmadınız. Lap yaxşı! Heç kim sizə "Müəllimi işdən azad edin" demir. Lakin normal sistem qurmaq lazımdır.

Camaat övladını məktəbə təhsil almağa göndərir. İndi biz uşaqlarımızı təhsil almağa göndərməyək ki, müəllim onu döyəcək?!
Bəli! Uşaqlar dəcəldirlər, şuluqdurlar, bunu başa düşürəm. Amma axı döymək metod deyil! Deməli, bəzilərinin təhsildən anlayışı yoxdur".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3151   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ

Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj

6 may
.

Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-də

7 may
.

"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO

"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib. Bu barədə xəbər verir. "Kintsugi" yapon fəlsəfəsin

7 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Naxçıvanda daha bir həkim öldü

Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. * 13:20. Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxta

6 may
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

7 may
.

SPORT TV-dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil

TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya - kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. Qurumda

7 may
.

"Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ

Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif

6 may