Bakı parklarındakı güllərin ətri niyə yoxdur?

Bakı parklarındakı güllərin ətri niyə yoxdur?Bakıdakı park və bağçalarda göz oxşayan güllərin qoxusu hiss edilmir. Hətta yaxınlaşıb qoxlayanda da hər hansı ətir gəlmir. Bəs nədən park və bağçalarda dekorativ güllərə üstünlük verilir?

Bakıda yol kənarlarında, parklarda gözəl gülləri, çiçəkləri çox görürük. Görünüş olaraq göz oxşayırlar, ancaq bir də qoxu məsələsi var. Bəzən yaxınlaşıb qoxlayırsan, amma hər hansı ətir gəlmir. "Qoxu bir çiçəyin ruhudur" deyib Jül Vern. Yəqin ki, elə bu səbəbdən gözəl güllər, çiçəklər görəndə hər kəs onun ətrafa gözəl qoxu bəxş etməsini istəyir. Bəs parklarla bağlı yanaşma necədir? Ətirli, yoxsa dekorativ, qoxusuz güllərə üstünlük verilir?

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edir:

O güllər elə parklar üçündür

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının "Qida və dərman bitkiləri" laboratoriyasının müdiri Yusif Zeynalov deyir ki, qoxusu olmayan dekorativ güllər əsasən park və bağçalar üçün nəzərdə tutulub:

"Parkdakı güllərdən qoxu gəlib-gəlməməsi şərt deyil. Əsas odur ki, gözəllik olsun, gələn insanların zövqünü oxşasın. Dekorativ güllərin də kökü təbiətdən alınıb. Yəni o dekorativ güllərin çoxu təbiətdə yetişənlərdir. Onları birbaşa gətirib parklarda əkmək, yetişdirmək olmur. Olarsa belə, təbiətdəki həmin gözəlliyi tam ala bilmirsən. Təbiətdəki gözəl gülləri hibridləşdirirlər, bir az dəyişdirirlər. Daha gözəl formalar, bütün mövsümlərdə çiçək açan müxtəlif çeşiddə dekorativ güllər əldə edirlər. Bəlkə 20-30 il çalışıb əmələ gətirilən sortlardır".

Y.Zeynalovun sözlərinə görə, parklarda ildə bir dəfə deyil, bir neçə dəfə çiçək açan güllərə üstünlük verilir:

"Qızılgüllərin Azərbaycanda xeyli növü var. O güllər ildə bir dəfə çiçək açır. Amma elə qızılgül sortları yetişdiriblər ki, ildə 4-5 dəfə çiçək açır. Parkların görüntüsünün hər zaman gözəl olmasında bu cəhətdən dekorativ güllər daha yaxşıdır".

Mövsümündə ətirli güllər

Ancaq bu o demək deyil ki, parklarda yalnız dekorativ, qoxusuz güllər olmalıdır. Y.Zeynalov bildirdi ki, parklarda dekorativ güllər də olmalıdır, qoxulu güllər də:

"İtburnunu əkirsən, may ayında qəşəng çiçək açır, gözəl qoxusu olur. Lalə, sünbülçiçək təbiətdə bir dəfə çiçək açır. Bunlar mövsümündə olur, dekorativ güllər isə il boyu. Parklarda həm bu cür mövsümi, həm də dekorativ güllər eyni zamanda əkilsə, həm davamlı olaraq gözəllik olar, həm də mövsümi güllərin qoxusunu hiss edərik. Təbiətimizdə olan gözəllik də ortaya çıxsın, təbiətdəki güllərin çiçək açmadığı dövrdə də çiçək açan güllər də olsun".

Toxumunu toplayıb yenidən əkirsənsə...

Fikirlər səsləndirilir ki, dekorativ güllərlə təbiilərin yetişdirilib saxlanma xərcləri arasında fərq var. Y.Zeynalov isə deyir ki, yetişdirilmə xərcləri arasında elə böyük qiymət fərqi yoxdur:

"Dekorativ bitkilərin hamısı xaricdən gətirilmir, çoxu ölkəmizdə yetişdirilir. Xaricdən gətirilsə, daha baha başa gələrdi. Dekorativ bitkilərin çoxalma üsulu fərqlidir. Toxumla, qələmlə, yarpaqla çoxalanları var. Qiymət cəhətdən toxumlar arasında elə böyük fərq etmir. Amma yetişdirdiyin məhsulun toxumunu toplayıb yenidən əkirsənsə, bu, daha ucuz başa gəlir. Qurumlar çalışırlar ki, dekorativ bitkiləri özləri çoxaltsınlar".

Y.Zeynalov qeyd etdi ki, parklarda təbii güllərin yetişdirilməsinin mümkün olmadığı kimi fikirlər doğru deyil:

"Yetişdirmək olar, sadəcə, qeyd etdiyim məsələdən dolayı üstünlük dekorativ güllərdədir. Məsələn, Dənizkənarı Bulvar ərazisində təbii güllərin yetişdirilməsi təcrübəsi var. Həm dekorativ güllər əkilir, həm də təbiilər var. Deyirlər ki, dəniz suyu buxarlanır, duzu hava vasitəsilə təsir edir. Amma duz gəlib bitkinin üstünə düşüb təsir edə bilməz. Su buxarıdır, təmiz su havaya qalxır, buxarlanır. Dəniz suyu ona mənfi təsir edə bilməz".

"Üstünlük qoxulu güllərdədir"

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva deyir ki, bulvar ərazisində daha çox ətirli güllərin əkilməsinə üstünlük verilir:

"Park ərazisində qoxulu güllər də əkilir, qoxusuz dekorativ olanlar da. Amma üstünlük hər zaman qoxulu güllərdə olub. Hər il may ayında yay mövsümünə uyğun, qoxulu güllərin əkini aparılır. Həmin güllərin içərisində qızılgülləri qeyd etmək istərdim. Qızılgüllər may ayından avqustun sonuna qədər çiçək açır. Payız-qış aylarında bu güllərə qulluq edilir, budanır, gübrələnir. Qızılgüllərlə yanaşı, digər ətirli güllər də var. Onlar arasında violanı qeyd etmək olar. Qış mövsümü gülü sayılan viola il boyu çiçəkləyir. Bulvar ərazisində ətirli güllər daha çoxdur. Ətirli kollarımız da var. Qış aylarında da bulvar ərazisində ətirli güllər olur, yayda da. Ancaq yayda qızılgüllərin qoxusu daha çox yayılır deyə, qoxunu daha çox hiss etmək olur".

Park ərazilərindəki güllərdə qoxu hiss edilmədiyini deyənlər də olur. K.İmamverdiyeva bildirdi ki, güllərin qoxusunun daha çox hiss edildiyi vaxtlar var: "Güllərin ətrini adətən səhərlər soyuq havada və axşam çağı daha yaxşı hiss etmək olur. İstidə qoxu buxarlanır, ona görə qoxunu hiss etmək qeyri-mümkündür".

"...heç bir gülün qoxusu yoxdur"

Niderlandda çalışan azərbaycanlı florist Yusif Xəlilov deyir ki, yaşadığı Amsterdamda da parklardakı güllərin qoxusu yoxdur: "Burda bayırda olan heç bir gülün qoxusu yoxdur. Bütün növ nərgiz gülləri küçədə olur, amma heç birinin qoxusu yoxdur. Bəzi qızılgüllər var ki, qoxusu var, onların da ömrü çox azdır. Həmin güllər parklarda əkilmir, onları şəxsi evlərin qarşılarında görə bilərik. Parklarda daha çox qoxusu olmayan güllərdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 869   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri

7 may
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

7 may
.

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl

7 may
.

Bir aya hazırlanır, 900 manata satılır

Türkiyənin Şırnak bölgəsində qadınların əl əməyi ilə hazırladığı xüsusi səccadələr böyük maraq görür. Hazırlanması təxminən bir ay davam edən səccadələr təxminən 900 manata alıcı tapır. türk mediasına istinadən xəbər verir ki, bölgədə fəaliyyət göstərən sənətkar qadınlar ənənəvi naxışlardan istifad

7 may
.

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka

7 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

Bu tarixdə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelin

7 may
.

Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var

Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden

6 may
.

Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən aza

6 may