Füzulinin məzarının aqibəti necə olacaq?

Füzulinin məzarının aqibəti necə olacaq?Lövhə üzərində onun kürdcə mərsiyələr yazan şair olmasını qeyd edənlər cəmiyyətdə qarşıdurma yaratmaq istəyən adamlardır. Dahi şairin məzarı ilə bağlı problem sönmüş ocaqdır, onun üzərinə neft töküb alışdırmaq və bütün türk dünyasını Füzulinin işığı ilə nurlandırmaq lazımdır"

Sonxeber.az mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edir.

Bir neçə ay öncə Kərbəla şəhərində olarkən dahi şair Məhəmməd Füzulinin rəmzi məzarını ziyarət elədim. Bildiyiniz kimi qüdrətli şairin İmam Hüseynin dəfn olunduğu ziyarətgah kompleksinin həyətindəki tarixi qəbri tikinti adı ilə aparılan işlər zamanı sökülüb. Son illərdə ölməz sənətkarın adını İmam Hüseyn məqbərəsinin giriş qapılarının birinin yanındakı divara həkk edərək, daşın üzərinə bu yerdə dəfn olunduğunu yazıblar. Qeyd edim ki, hər il Kərbəlaya çoxsaylı azərbaycanlı zəvvarlar ziyarətə gəlsələr də, burada şairin məzarının yerini nişan verən hansısa lövhəyə rast gəlmək olmur. Nəticədə şairi yad etmək istəyənlər rəmzi məzarın da yerini tapa bilmirlər.

Hazırda vacib olan məsələlər

Bundan başqa, rəmzi məzarın üzərinə belə yazılıb: "Hicri 10-cu əsrdə yaşamış, ərəb, türk və kürd dillərində İmam Hüseyn haqda mərsiyələr qələmə alan şair Füzuli Bağdadinin qəbri". Məlumdur ki, Füzuli ərəb və türk dillərindən başqa, farsca əsərlər də yazıb, kürdcə isə bir misrası belə yoxdur. Kərbəlada yaşayan çoxsaylı şiələri nəzərə alsaq, gərəkdir ki, şairin məzarında farsca irsini nişan verən qeydlər də ola. Hazırda isə daha vacib məsələlər bunlardır: şairin qəbir yerinin itməsinin qarşısı alınsın, məqbərəsi yenidən bərpa olunsun, yaxud nəşi Vətənimizə qaytarılsın, eyni zamanda, indiki rəmzi məzarın üzərində kürdcə mərsiyə yazan şair olması ilə bağlı yanlışlıq aradan qaldırılsın və ziyarət kompleksində aparıcı dillərdə, o cümlədən Azərbaycan dilində şairin məzarının yerini bəlli edən lövhələr vurulsun.

Kərbəla valisi ilə danışıqlar

Füzulinin məzarı ilə bağlı yaranan problemlə əlaqədar Azərbaycanın İraq Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovla əlaqə saxladıq. Nəsir müəllim bildirdi ki, bu məsələ Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi lazımi işləri görür. O bildirdi ki, aprel ayının 7-də Kərbəla şəhərinin valisi Nasef Əl Xəttab ilə görüşüb, onunla şairin məzarı xüsusunda danışıqlar aparıb, konkret nəticələr olanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Səddam Hüseyn ilə görüş

Zamanında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi şairin nəşinin ölkəmizə qaytarılmasına təşəbbüs göstərilib, ciddi addımlar atılıb. Amma İraq dövlətinin bu məsələdə mövqeyi birmənalı olmayıb. Məlum problemlə bağlı dövlətin tapşırığı ilə Xalq yazıçısı Elçin də çox səy göstərib, işlər görüb, ancaq qarşı tərəfin anlaşılmaz mövqeyi məqsədin reallaşmasına imkan verməyib. Elçin müəllim həmin hadisələri belə xatırlayır: "Zaman-zaman Azərbaycanın İraqdakı səfirliyi, eləcə də oradakı aidiyyəti dövlət orqanları ilə Məhəmməd Füzulinin nəşinin ölkəmizə gətirilməsi, heç olmasa məqbərəsinin inşası barədə fikir mübadilələri aparırdım. Danışıqlarımız nəticəsində İraq tərəfi söz vermişdi ki, dahi şairin Kərbəla şəhərində məqbərəsi ucaldılacaq. M.Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən "Füzuli günləri"ndə iştirak edərkən həmin vaxt İraqın prezidenti olan Səddam Hüseyn məni qəbul etdi. Orada bir sıra məsələlərdən söhbət açdıq, eləcə də şairin nəşinin vətənimizə qaytarılmasından. S.Hüseyn də etiraf etdi ki, İraqda yaşasa da, Füzuli azərbaycanlıdır, sonra bildirdi ki, əslində, o, bütün dünyanın şairidir. Və həmin görüşdə İraqın mədəniyyət nazirinə şairin məzarı üzərində məqbərənin inşası ilə bağlı təkliflər hazırlayıb ona təqdim etməsin itapşırdı. Bakıya qayıdandan sonra da onlarla əlaqə saxladım, amma nəticə olmadı. Hər dəfə söz verirdilər, amma heç nə etmirdilər. Axırda da məlum səbəblərə görə əlaqələr tamam pozuldu".

Füzuli məscidi də dağılır

Problemlə bağlı İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin fikirlərini də öyrəndik: "Məhəmməd Füzulinin atası Osmanlı dönəmində Kərkükə köçüb, orada onların evi olub. 1981-ci ildə Kərkük qalası Səddam Hüseyn tərəfindən boşaldılandan sonra o ev də dağıdıldı. Amma Füzuli məscidi hələ də qalır, ancaq onun dağılmaq təhlükəsi var. Biz zaman-zaman Kərbəlada Füzulinin heykəlinin ucaldılması üçün çox çalışmışıq. 2012-ci ildə İraqın keçmiş idman naziri Rasim Məhəmmədcəfər mənə dedi ki, Füzuli Festivalına Türkiyədən və Azərbaycandan 10 şair dəvət elə. Mən beş azərbaycanlı, beş türkiyəli şairi İraqa çağırdım. Onda bizi Kərbəlada bir neçə yerə apardılar ki, Füzulinin qəbri buradadır. Biz isə bilirdik ki, onun həqiqi məzarı yol Kərbəlada çəkilərkən yerin altında qalıb. Həmin zaman nazirdən soruşduq ki, Füzulinin Kərbəlada heykəlinin ucaldılması üçün bizə yer ayıra bilərlərmi? O, məsələnin müsbət həllinə söz verdi. Dedi ki, siz heykəli hazırlatdırıb gətirin, qalanı bizlikdir. Şəhər icra başçısı da təklifə razı oldu, amma gələn heyət sonradan bu məsələyə başısoyuq yanaşdı".

Ortaq layihə gerçəkləşdirmək lazımdır

Kuzəçi, Füzulinin kürd şairi olması ilə bağlı qeydin təxribat xarakterli olduğunu bildirdi: "Bu gün Kərbəlada Füzulinin məzarı kimi təqdim olunan lövhə üzərində onun kürdcə mərsiyələr yazan şair olmasını qeyd edənlər cəmiyyətdə qarşıdurma yaratmaq istəyən adamlardır. Əvvəllər onun məqbərəsində sadəcə türk, fars və ərəbcə yazan şair olduğu həkk edilmişdi. Mən İraqda yaşayan azərbaycanlı kimi Azərbaycan, Türkiyə və İraq dövlətlərinə müraciət edirəm ki, Füzulinin Kərbəlada heykəlini və məqbərəsini ucaltsınlar. Nə xoş ki, Füzulinin Azərbaycanda heykəli var, insanlar onun qəzəllərini əzbər bilirlər. Amma Türkiyədə, İraqda, eləcə də Kərkükdə elm və söz adamlarından başqa onu, demək olar ki, tanıyan azdır. Ötən ay Bakıda idim, Rafael Hüseynovla görüşdüm. Füzulinin heykəlinin Kərbəlada ucaldılması üçün ortaq layihə gerçəkləşdirmək barədə onunla söhbət etdim və fikirlərimi çox yaxşı qarşıladı. Füzulinin məzarı ilə bağlı problem sönmüş ocaqdır, onun üzərinə neft töküb alışdırmaq və bütün türk dünyasını Füzulinin işığı ilə nurlandırmaq lazımdır".

Əlbəttə, söz sərkərdəsinin məzarı ilə bağlı məsələlər həllini tapsa, çox gözəl olar. Növbəti həftələrdə bu məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Azərbaycan Yazıçılar Birliyinin də mövqeyini, məqsədlərini, bu xüsusda düşüncələrini öyrənib oxucuları məlumatlandıracağıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1303   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr