ABŞ mətbuatında Azərbaycandan BƏHS EDİLDİ
ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu "Frontpage Magazine" jurnalında "Yəmən və Azərbaycan yəhudiləri" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalə İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Karanın rəhbərlik etdiyi İqtisadi Sülh Mərkəzinin Yəmən Yəhudiləri Assosiasiyası ilə birlikdə İsrailin Netanya şəhərində Yəmən Yəhudilərinin Mədəniyyət Mərkəzində "Azərbaycanın yəhudi icmasından Yəmən yəhudilərinə: iki icmanın tarixi" mövzusunda təşkil etdiyi tədbirə həsr olunub.
Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadənin, habelə İsraildəki Azərbaycan və Yəmən yəhudi icmaları üzvlərinin qatıldığı tədbirdə İsrail Muzeylər Assosiasiyasının sədri, Yəmən Yəhudiləri Assosiasiyasının prezidenti, Hayfa Universitetinin sosiologiya və antropologiya üzrə fəlsəfə doktoru Yiqal ben Şalom, London Kral Kollecinin fəlsəfə doktoru, "İsrail Akademiya Monitor" beyin mərkəzinin direktoru Dana Barnet, Bar-İlan İsrail Universitetinin professoru, İsrailin İran və ərəb dünyası üzrə ən tanınmış eksperti, "NEWSRAEL" xəbər agentliyinin vitse-prezidenti Mordexay Kedar, İsraildəki dağ yəhudiləri icmasının liderlərindən Ravvin Şmuel Simantov, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak, İqtisadi Sülh Mərkəzinin redaktoru Reyçel Avraham kimi İsrail cəmiyyətinin tanınmış simaları məruzə ilə çıxış ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində - 10 may 2022-ci il tarixində keçirilmiş tədbirdə ulu öndərin zəngin dövlət idarəçilik irsi və təməlini qoyduğu multikulturalizm siyasətinin Azərbaycan modeli, habelə Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin multikulturalizm siyasəti əsas müzakirə mövzularından olub. Qeyd olunub ki, Azərbaycandakı yəhudi icması milli hüquqlarının reallaşdırılması baxımından Yəməndəki soydaşlarından çox irəlidədir, Azərbaycan dövlətinin multikulturalizm siyasətini başqalarının nümunə götürməli olduğu bir model kimi təbliğ etmək vacibdir, çünki Azərbaycan İsrail ilə müqayisədə yəhudilərin daha təhlükəsiz və əmin-amanlıq şəraitində yaşadığı yerdir.
Məqaləni ətraflı şəkildə linkdən oxumaq mümkündür./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1428 Tarix: 23 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabr