"Son razılaşmalar Ermənistan üçün növbəti tarixi şansdır, istifadə etməsə..." - DEPUTAT
Xəbər verdiymiz kimi, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasl üzrə Dövlət Komissiyasının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam son Brüssel görüşündə əldə olunmuş razılığa əsaslanır:
"Analoji komissiya Ermənistan Baş naziri tərəfindən də yaradıldı. Yaxın günlərdə iki ölkənin sərhədində görüşün keçirilməsi nəzərdə tutulur. Qeyd etmək istəyərdim ki, delimitasiya üzrə komissiyanın yaradılması aprel ayının 6-da keçirilmiş görüşdə razılaşdırılsa da, erməni tərəfinin əsassız tələbləri buna imkan verməyib. Lakin Prezident İlham Əliyevin apardığı prinsipial və qətiyyətli siyasət nəticəsində erməni tərəfi şərtlərimizi qəbul etdi. Beləliklə proses başlandı. İnşallah, yaxın zamanlarda sərhədlər müəyyənləşər, kommunikasiyalar açılar və iqtisadi əməkdaşlığa start verilər. Regionda dayanıqlı sülhün bərqərar olması üçün sadaladığım amillər açar rolunu oynaya bilər".
Deputat qeyd edib ki, Azərbaycanın apardığı siyasət açıq, şəffaf və sülhün əldə olunmasına hesablanıb:
"Lakin Ermənistan barədə bunu demək çətindir. Çünki Ermənistan, Azərbaycandan fərqli olaraq, müstəqil siyasət aparmaq iqtidarında deyil. Əvvəlki üçtərəfli razılaşmaların icra olunmamasının əsas səbəbi məhz budur. Son razılaşmalar Ermənistan üçün növbəti tarixi şansdır. Əgər istifadə etməsə, çox şey itirə bilər.
Ümumiyyətlə, Prezidentin sərəncamı nizamlanma istiqamətində mühüm addımdır. Qazax rayonunun 7 və Naxçıvanın Kərki kəndlərinin qaytarllmasının şahidi olacağıq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1137 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabr