"40 il ərzində müəllimin əli-qolu bu qədər bağlanmamışdı" - Təhsil eksperti
İstiqamət: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Son zamanlar təhsil müəssisələrində zorakılıq, bıçaqlanma halları çoxalıb. Bunun səbəbi nədir və qarşısını necə almaq olar?
Mövzuyla bağlı Sonxeber.az-a təhsil eksperti Elşən Qafarov açıqlama verib.
O bildirib ki, istənilən təhsil müəssisəsində intizam qaydaları həmin müəssisənin nizamnaməsi ilə müəyyən olunur:
"Vaxtaşırı həmin intizam qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Təəssüf ki, bizim məktəblərimizin ümumiyyətlə nizamnaməsi yoxdur. Ali təhsil müəssisələrimizin nizamnaməsi isə çox bəsitdir. Ali təhsil müəssisələrində təhsil alanlar yetkin insanlar sayılır. Məktəbdə təhsil alanlar isə yetkinlik yaşına çatmayanlardır və onların tərbiyələnməsi üçün ciddi işlər görmək lazımdır.
Son illər bullinqlə mübarizəyə qarşı tədbirlər keçirilir. Bu tədbirlər çox zaman əks təsir verir. Müəllimlər intizam qaydalarını pozan şagirdləri cəzalandırarkən videoya çəkilir və ictimailəşdirilir. Nəticə etibarilə, müəllimlər işlərini itirməməkdən ötrü şagirdlərə bir söz deməyə çəkinirlər. Valideynlər də təhsildəki bütün neqativ halların səbəbkarı kimi müəllimləri görürlər. 40 il ərzində müəllimin nüfuzu bu qədər aşağı düşməmiş və əli-qolu bu qədər bağlanmamışdı.
Xüsusilə ümumi təhsil məktəblərində bu halın baş verməsi ürəkağrıdıcıdır. Problemi həll etmək üçün məktəb nizamnaməsi qəbul olunmalıdır. Nizamnaməni pozan şagird və valideynlərə qarşı hansı hüquqi addımların atılacağı barədə məlumat verilməlidir.
Təhsili idarəetmə qurumlarının da vəzifəsi baş verən və ya baş verə biləcək hadisələrlə bağlı məktəb rəhbərliyinin nizamnamə əsasında hansı addımlar atdığına nəzarət etməkdir. Belə olan halda neqativ hallar minimuma enəcək və ya aradan qalxacaq".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2930 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabr