Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb
Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72% azalıb. Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir.
Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-in monitorinqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.
Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 857 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1 aylıq körpə oksigen çatışmazlığından öldü
Bakıda 1 aylıq körpə xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Sabirabad rayon sakini 06.04.2026-cı il təvəllüdlü Miran Rəcəb oğlu Təhməzov Yasamal rayonunda yerləşən xəstəxanaların birində oksigen çatışmazlığından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır
7 mayŞəhid atası vəfat etdi
Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind
6 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 may60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl
7 mayBakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
6 may"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları
7 may