Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama - FOTO
Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Namiq Süleymanovun ağzını tikməsi ilə bağlı görüntüləri yayılıb. Görüntülərdə N.Süleymanov dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.
Məsələ ilə bağlı keçmiş hərbçinin ailəsi ilə əlaqə saxladıq. Həyat yoldaşı "Qafqazinfo"ya bildirdi ki, mənzil və iş problemi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinə, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, onlara heç bir kömək göstərilməyib: "Nə evimiz, nə işimiz var. Hazırda Ağcəbədi rayonunda yaşayırıq. Həyat yoldaşım hərbçi idi. Lakin müqaviləsi bitəndən sonra işdən azad edildi. Namiq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib və medallarla təltif olunub. Hazırda rayon sakinlərinin köməyi ilə Ağcəbədidə qaçqınlar üçün tikilən qəsəbədə məskunlaşmışıq. Laçın RİH başçısı Aqil Nəzərlinin də qəbulunda olduq, lakin heç bir köməklik göstərilmədi".
Problemlə əlaqədar Laçın RİH-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, icra başçısı Aqil Nəzərlinin ünvanına səsləndirilən məlumatlar əsassızdır: "Namiq Süleymanov işlə və mənzillə təmin olunması məsələləri ilə bağlı 05.05.2022-ci il tarixdə icra başçısının qəbulunda olub. Heç bir peşə və ixtisas təhsili olmayan Namiq Süleymanovun Dövlət Məşğulluq Agentliyinə müraciət etməsi tövsiyə olunub, Laçın RİH-nin mənzil fondu olmadığından onun mənzillə təmin olunması məsələsi ilə bağlı ona müvafiq izahat və düzgün istiqamət verilib.
Namiq Süleymanov Ağcabədi rayonunun Taxta Körpü ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində vətəndaş Lənkəran Cabbarova məxsus evi qanunsuz zəbt edib. Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin yaşayış evindən çıxarılması qərara alınıb. Vəziyyətlə əlaqədar onun qanunsuz zəbt etdiyi mənzildə müvəqqəti məskunlaşması təklif olunsa da, o, bundan imtina edərək evin öz adına verilməsini təkidlə tələb edib. "Qaçqınkom" tərəfindən Namiq Süleymanova həmin qəsəbədə birotaqlı ev təkilf olunub, lakin o, həmin təklifdən imtina edib".
Əldə etdiyimiz məlumata görə, hazırda N.Süleymanovun ağzını tikərək aclıq aksiyası keçirməsi ilə bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, Namiq Süleymanov 2017-2021-ci illərdə Azərbaycan Ordusunda MAXE kimi işləyib və öz arzusu ilə 2021-ci ilin sentyabrında xidmətdən xaric edilib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar