Qeyri-sabit hava nə zaman düzələcək? - Açıqlama
"Bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib. Belə ki, ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, may ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub:
"Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub".
U.Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub:
"Lakin son zamanlar sanki bu "xüsusiyyət" regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində may ayının 24 günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb".
Xidmət rəisi bildirib ki, nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır:
"Lakin bu, aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur".
Onun sözlərinə görə, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək:
"Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2096 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr