18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi
Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, A.Bayramova və İ.Əliyev saxlanılıb.
Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olublar. Tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq ziyan vurduğu aşkarlanıb.
Araşdırmalarla A.Bayramovanın 2004, İ.Əliyevin 1998-ci il təvəllüdlü olduğu, daha əvvəl də oğurluq əməlləri törətdikləri məlum olub.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1120 Tarix: 25 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayRasim Balayevin ölümündən 40 gün ötür
Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu
7 mayQubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
6 mayQız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden
6 may"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır
Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu
7 may