15 yaşlı qızla evlənən kişiyə bu cəza verildi
Gəncədə 15 yaşlı qızla evlənən kişi barəsində cinayət işi qaldırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 24 yaşlı Etibar Əlizadə (ad-soyad şərtidir) 2020-ci ildə 15 yaşlı Zəhra Quluzadə (ad-soyad şərtidir) ilə el adəti ilə toy edib qeyri-rəsmi evlənib. Həmin vaxt sərt karantinlə bağlı toylar qadağan edildiyi üçün onlar ailələr arasında kiçik toy məclisi keçiriblər. Buna görə də məsələ rayon ərazisində çox yayılmayıb. 18 avqust 2021-ci ildə cütlüyün uşağı dünyaya gəlib. Gəncə şəhəri Perinatal Mərkəzdən bu barədə polisə məlumat verilib. Daha sonra polis məsələni araşdırıb. Etibar yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün barəsində cinayət işi başlanılıb.
Hər iki şəxs ifadəsində xoşbəxt olduqlarını bildiriblər. Zəhra Etibardan heç bir şikayət və tələbi olmadığını bildirib və ərinin həbs edilməməsini xahiş edib.
Kəpəz Rayon Məhkəməsi tərəflərin bir-birindən narazı olmadığını nəzərə alaraq, Etibar Əlizadəyə 1 il müddətə şərti azadlıqdan məhrum etmə cəzası təyin edib. O, bu müddətdə təkrar cinayət törətməməli, daimi yaşayış yerini dəyişməməli, polisin çağırışına vaxtında gəlməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2021 Tarix: 25 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayRasim Balayevin ölümündən 40 gün ötür
Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu
7 mayQubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
6 mayQız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden
6 may"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır
Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu
7 may