"Psixoloqa insanın dostu demək olmaz "- Aida Nəbiyeva ilə MÜSAHİBƏ

"Psixoloqa insanın dostu demək olmaz "- Aida Nəbiyeva ilə MÜSAHİBƏSon zamanlar məktəblərdə fərqli hadisələrin şahidi oluruq. Əsasən də müəllim-şagird münasibətlərində xoşagəlməz hallar baş verir. Bu xoşagəlməz hadisələr arasında intiharların da sayı az deyil.

Bu və digər məsələlərlə bağlı Sonxeber.az psixoloq Aida Nəbiyəva ilə müsahibəni təqdim edir:

-Aida xanım, son zamanlar insanlardakı aqressivliyin səbəbi nədir?

- Həm televiziya proqramları, həm də sosial şəbəkələrdə olan aqressiv kadrlar cəmiyyətə aqressiya dolu mesaj verir. Bundan isə sosial mühitdə uşaqlarda, yeniyetmələrdə aqressiv davranış formalaşır. Artıq bir sıra insanlarda aqressiya səviyyəsi o qədər yüksəlib ki, isterik reaksiya, hətta nevrozabənzər əlamətlər şəklində özünü göstərə bilir. Aqressiya yoluxucudur. Evdə bir nəfərdə varsa, digərlərinə də keçə bilir. Bir aqressiv insan mağazaya getsə, hətta orada öz aqressiyasını "dağıda" bilər.

- Yəqin ki, bir psixoloq kimi, məktəbdə müəllim-şagird münasibətləri sizə də maraqlıdır. Son zamanlar şagirdlərin müəllimə qarşı qeyri-adekvat davranışı nədən irəli gəlir?

- Şagirdlərdə də aqressiya kifayət qədər çoxdur. Bəzən bu hal müəllimi özündən çıxarır və müəllim istər-istəməz aqressiv hərəkətlər sərgiləyə bilir. Bu gün bir çox valideyn də yetərincə aqressivdirlər. O da bu mövzuda öz sözünü deyir. Bütün bunları həll etmək üçün məktəblərdə psixoloqların sayı çox olmalıdır. Onlar bəzi konkret addımlar atmalıdır.

- Sosial şəbəkələrdə müəllimin şagirdi döydüyü görüntülər yayılır. Bu, artıq ilk belə hadisə deyil. Sizcə, məktəblərdə yetərincə psixoloq var? Yoxsa ölkədə psixoloq qıtlığı yaşanır?

- Əslində məktəblərdə psixoloqlar olduqca azdır. Yetərincə deyillər. Çünki şagird sayı çoxdur və 1 nəfər psixoloq həm fiziki, həm də mənəvi cəhətdən o qədər uşaq üçün vaxt çatdıra bilmir. Çatdırması da mümkünsüz bir məsələdir. Düşünürəm ki, məktəbdə psixoloqların sayı artırılmalıdır. Nəinki məktəb psixoloqu, hətta yaşayış ərazisi üzrə ailə məsləhətçiləri olmalıdır və mütəmadi olaraq ailələrə gəlib bəlli işlər görməli, uşaqlara müəyyən məsləhətlər verməlidirlər.

- Sizə daha çox hansı yaş kateqoriyası müraciət edir və hansı şikayətlə?

- Hazırda daha çox yeniyetmələrlə bağlı müraciət olunur. Əsasən davranış problemi ilə bağlı gəlirlər.

- Heç olubmu ki, yardım etmisiniz, amma bir müddət sonra o insanın yenə psixoloqa ehtiyacı olub?

- Bəli, olur, insan gəlir psixoloqun yanına və bəlli bir terapiya keçir. Sadəcə prosesi tam yekunlaşdırmadığı üçün bir müddət sonra yenidən başlamalı olur. Bu hallar mümkündür.

- İntiharların, davaların sayı artır. Bunun qarşısını necə almaq olar?

- Əlbəttə ki, intiharların sayı çoxdur. Aqressiya davranışlarının da sayı çoxdur. Bunun qarşısını almağın yolu mənəvi reablitasiya işlərinin sayını, qrup çalışmaları artırmaqdır. Başqa bir yol yoxdur.

- Amerikada psixoloqa "insanların pullu dostu" deyirlər. Bəs bizdə necə?

- Ümumiyyətlə, psixoloqa insanın dostu demək olmaz. Ona görə ki, psixoloq dost funksiyasını yerinə yetirmir. Ola bilsin ki, dost sənin yanlışını görür, amma səni çox istədiyi üçün heç nə demir, bildirmir. Lakin psixoloq belə deyil. Psixoloq reallıq olaraq sənin etdiyin yanlışı sənin öz vasitənlə, köməyinlə açaraq sənə göstərəcək.

- Aida xanım, psixoloqa psixoloq lazım olurmu?

- Bəli, əlbəttə, psixoloqa da psixoloq lazımdır. Mən özüm də bir neçə psixoloqla bəlli bir terapiya üsullarını öz üzərimdə keçirəm. Bu nə üçündür? Bu bizi gələcək problemlərdən qoruyur.

- Bəs olubmu ki, sizə psixoloq lazım olsun?

- Lazım olur. Hətta belə bir deyim var: "Bir insana bir psixoloq, bir psixoloqa isə beş psixoloq lazımdır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1978   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr