Cəzası azaldılan şəhid atası Prezidentə və 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə təşəkkür etdi
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Sonxeber.az xəbər verir ki, cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılanlardan biri də 7 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumu, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan və ölkə başçısı tərəfindən 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə, "Vətən Uğrunda" medalı, "Füzulinin alınmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilən Mütalib Xudiyevin atası Ələsgər Xudiyevdir.
Ələsgər Xudiyev cəzasının yarıyadək endirilməsinə görə çox sevindiyini söyləyib:
"Cənab prezident İlham Əliyev başda olmaqla, ədliyyə naziri cənab Fikrət Məmmədova və məhkum olmağıma baxmayaraq, ilk gündən mənə xüsusi qayğı, diqqət göstərən 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı cənab Rasim Bayramova, ədiliyyə mayoru cənab Kənan Orucova təşəkkür edirəm. Bura gəldiyim gündən etibarən müəssisə rəhbərliyinin diqqətini hər zaman hiss etmişəm. Ailə üzvlərim görüşümə gələn zaman müəssisə kollektivi tərəfindən yüksək qayğı və diqqətlə qarşılanırlar.
Mən törətdiyim cinayət əməlinə görə 13 il 6 ay azadlıqdan məhrum edilmişəm. Birinci məhkumluğumdur və cəzamın bitməsinə 6 il 1 ay qalmışdı. Cənab Prezidentin imzaladığı əfv sərəncamı sayəsində cəzam 3 il 12 gün azaldıldı. Bu gün keçirdiyim sevinc hissini sözlə ifadə etməyim çətindir. Oğlum Mütaliblə birlikdə bütün şəhidlər haqqında söylənən xoş sözlərə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ələkbər Mirzəyevə də minnətdarlığımı bildirmək istəyirəm. Şəhid ailələri dövlətimiz tərəfindən hər zaman xüsusi qayğı və diqqətlə əhatə olunub. Bu gün buna bir daha şahid oldum.
Mən bütün məhbuslara azadlıq arzulayıram. Azadlığa çıxan zaman ilk olaraq qəhrəman oğlumun məzarını ziyarət edəcəyəm. Bundan sonra digər ailə üzvlərimlə görüşəcəyəm. Bir daha humanist addımı ilə bizə bu sevinci yaşadan cənab Prezidentə təşəkkür edirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2498 Tarix: 30 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrVətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr