Azərbaycanda övladını intihar həddinə çatdıran valideynlər niyə cəzalandırılmır? - ARAŞDIRMA
Son günlər imtahanda aşağı bal toplayıb valideynlərindən psixoloji şiddət gördüyünə görə intihar edən məktəblilərin sayı artıb. Bəs niyə övladını intihar həddinə çatdıran heç bir valideyn indiyədək cəzalandırılmayıb? Azərbaycanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ("Özünü öldürmə həddinə çatdırma") necə müəyyən olunur?
Sonxeber.az bununla bağlı araşdırma edib.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, intihar həddinə çatdırma qəliz məsələdir, "Ailə məsələsinə qarışmaq olmaz" düşüncəsi ilə qonşular şahidlik etmədiyinə görə bu cinayətlər cəzasız qalır:
"Biz bunu sübuta yetirə bilmədiyimiz üçün "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə çox az adam məsuliyyətə cəlb olunur. Mənim təcrübəmdə belə bir hadisə olmuşdu. Sığınacağa bir qız yerləşdirmişdilər. O qız şahid qismində bildirmişdi ki, ana və bacısının intihar etməsinə səbəb atasının davamlı olaraq şiddət göstərməsi olub. Həmin ataya 4 il yarım iş verdilər. O maddə ilə həbsxanada yatıb çıxandan sonra oğluna təsir göstərib və şahidlik edən həmin qızını öldürtdürüb.
Hər şeyin üstünə "namus" adı qoyub intihar həddinə çatdırmalar çoxdur.
Mən hüquq mühafizə orqanlarının apardığı işin nə qədər ağır olduğunu anlayıram. Əlbəttə, ölüm həddinə çatdırma ilə bağlı dəlillər varsa, kimliyindən asılı olmadan, həmin şəxs mütləq həbs olunmalıdır. İntihar həddinə çatdırma çox qəliz maddədir. Bu, görüntülər və şahidlər vasitəsilə sübuta yetirilə bilər. Amma heç bir qonşu şahidlik etmir. Düşünürlər kI, bu, ailə məsələsidir, qarışmaq olmaz".
Deputat Jalə Əliyeva bildirib ki, belə hallar eşitsək də, bununla bağlı kifayət qədər sübut olmur:
"Əgər valideynlər həbs olunmursa, deməli, cinayət tərkibi müəyyənləşdirilməyib. Hüquq mühafizə orqanları uşağın həqiqətən danlandığına görə intihar edib-etmədiyini müəyyənləşdirir. Eşidə bilərik ki, valideynin göstərdiyi psixoloji təzyiqə görə uşaq intihar edib. Amma səbəb bu olmaya da bilər. Hər bir intihar hadisəsi araşdırılır və səbəbkar cəzalandırılır. Heç bir valideyn uşağının intiharına səbəb olmaq istəməz. Bu maddə ilə cəzalanan olmayıbsa, deməli həmin valideynin cinayəti təsdiqlənməyib".
Vəkil Orxan Kəngərli bildirib ki, Azərbaycanda bu maddə ilə həbs olunan insanlar var, həbs olunmayanlar isə cinayətin sübuta yetirilmədiyi üçün həbs olunmurlar:
İntihar həddinə çatdırmanın sübutu üçün kifayət qədər əsaslar olmalıdır. Uşaq öz beynində "valideyn məni döyəcək, söyəcək" kimi fikirlər formalaşdırırsa, real əsaslar olmadan intihar edirsə, valideyni intihar həddinə çatdırma ilə həbs etmək olmaz. Azərbaycanda bu maddə ilə həbs olunan insanlar var. Həbs olunmayanlar isə cinayətin sübuta yetirilmədiyi üçün həbs olunmurlar".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2087 Tarix: 30 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrVətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr