Dövlət imtahanının ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi ali məktəblərdə yekun dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu məsələ müvafiq normativ aktlarla tənzimlənir.
O xatırladıb ki, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı" Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib:
"Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.
Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI"nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, "2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır." Eyni zamanda həmin sənədə əsasən "2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir".
Qeyd edək ki, bir qrup tələbə dövlət imtahanının ləğvini tələb edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1917 Tarix: 31 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl
7 mayQlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır
"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 mayBu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda
6 mayReseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır
Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept
6 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayMetro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...
"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas
7 may