"15 iyun xalqımızın nicat tapdığı gündür" - Cavanşir Paşazadə

"15 iyun xalqımızın nicat tapdığı gündür" - Cavanşir Paşazadə"Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan və tariximizə qızıl hərflərlə yazılmış günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, 90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü xəyanətkar mövqe tutaraq, öz şəxsi ambisiyalarına görə ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:

"Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətinin və xalqının hansısa ölkənin tabeliyinə keçməsindən xilas etdi. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq Bakıya gəldi. Onun Bakıya qayıdışı dövlətimizi yenidən əsarət altına düşməkdən xilas etdi.

Bilirsiniz ki, Heydər Əliyev hələ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışarkən bütün varlığı ilə xalqımızı və dövlətimizi düşünüb, fəaliyyəti dövründə bir sıra izlər qoymuşdu. Təbii ki, həmin dövrdə heç kim düşünməzdi ki, ölkəmiz müstəqil olacaq.

15 iyun xalqımızın nicat tapdığı və bütün üzləşəcəyi faciələrdən qurtulduğu gündür. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün necə böyük işlər görüb.

15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1993-cü ilin iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan edib.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündən vəfat edənə qədər yorulmadan çalışıb. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan aza edilməsi olub. Əslində Ulu Öndər Heydər Əliyev əmin idi ki, Azərbaycan ordusu tezliklə nə vaxtsa torpaqlarımızı işğaldan azad edəcək".

Deputat vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirmiş, müstəqiliyimizin daha möhkəmləndirərək, ərazi bütövlüyünə nail oldu:

"Bu gün Azərbaycan dünyada söz sahibidir, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Bu gün cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən və beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, əsas söz sahibinə çevrilən dövlətdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalını alovlandırır, Böyük Qayıdışın reallaşması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1567   Tarix: 15 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr