"Kompüterlə imtahan daha şəffaf olacaq" - Elçin Əfəndi
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların kağız üzərində deyil, kompüterdə keçiriləcəyini deyib.
Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahanın kompüterlə verilməsi prosesi daha da obyektiv edəcək:
"Orta təhsil müəssisəsində şagirdlərin ümumi informasiya biliklərinin qaydasında olması vacibdir ki, onlar kompüterlə işləməyi bacarsınlar. İmtahanın kompüterlə verilməsi prosesin daha da obyektiv olmasına gətirib çıxaracaq. Çünki kağız üzərində qiymətləndirmə aparılarkən abituriyentlər iddia irəli sürürdülər ki, "biz cavabı qeyd etmişik, amma düzgün götürülməyib, yoxlayan müəllim səhvə yol verib" və s. Lakin kompüterlə keçirilərsə, bu zaman daha şəffaf qiymətləndirmədən söhbət gedə bilər, imtahan nəticələri daha erkən elan oluna bilər, yəni 2-3 həftə gözləməyə ehtiyac qalmaz.
İmtahanın kompüterlə keçirilməsinin mənfi tərəfini görmürəm. Mənfi hal ancaq kənardan müdaxilə olanda baş verə bilər. Məsələn, tutaq ki, kimsə kompüterə daxil olur və orada müvafiq sualları cavablandırır. Amma Dövlət İmtahan Mərkəzinin təcrübəli mütəxəssisləri var və onlar belə halın baş verməsinə imkan verməzlər".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2593 Tarix: 10 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabr"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
20 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabr