Novxanı çimərliyində nə baş verir? - Nazirliklərdən AÇIQLAMA

Novxanı çimərliyində nə baş verir? - Nazirliklərdən AÇIQLAMANovxanı çimərliyində qum yoxa çıxır, dəniz suyu çəkilir, sahili böcəklər basıb.

Bu barədə jurnalist Əzizə İsmayılova öz "Facebook" profilində paylaşım edib.

O bildirib ki, neçə illərdir, xüsusən də yay mövsümündə getdiyi çimərliyi bu il belə vəziyyətdə görmək onu təəssüfləndirib.:

"Neçə illərdir, xüsusən də yay mövsümündə, hər il getdiyim yeganə yer idi bu ərazi. Burda olanlar yaxşı bilir, olmayanlar üçün də dəfələrlə çəkib paylaşmışam. Kasıb insanların dincələ biləcəyi normal bir ərazi idi. Bu gün də getdim. Amma heç bir saat qala bilmədim.

Bu il bu ərazidə nəsə baş verdi. Bir neçə ay əvvəl gedəndə fərqinə varmışdım ki, (arada dənizə tamaşa etməyi sevənəm) sahilin qumu yoxa çıxır. Keçən ilki qum yoxdur. Növbəti dəfə getdiyimdə durum bir az da dərinə işləmişdi. Sahilin qumu yoxa çıxırdı və bu, belə də davam etdi. İndi vəziyyət inanılacaq kimi deyil. Hara yoxa çıxdı qum, niyə belə vəziyyət yarandı? Nə bilən var, nə də maraqlanan.

Dediyim kimi, bu gün getmişdim bir az dəniz sahilində gəzim. Getdim ki, dəniz nə gəzir? Dəniz çevrilib olub böyük bir kanalizasiya quyusu, ya da yuvası. Adını nə istəyirsiniz qoyun.

Hazırda vəziyyət o qədər ürək ağrıdıcıdır ki... Şəkillərə və videolara baxsanız, yəqin ki, təsəvvürünüz yaranacaq. Dəniz bu hissədə də xeyli geri çəkilib, bunu da deyim...

Dənizin bulanıq, bozarmış çirkin sarımtıl rəngli suyu və ətrafdakı üfunət iyi adamın ürəyini bulandırır. Suya yaxın gedən kimi "peyin cücüsü" dediyimiz cücülər daraşır adamın ayağına. Su dediyimin adı sudur. Su bu qədər iyrənc ola bilməz.

Yosunlar, zir-zibil, at peyinləri deyiləsi, təsvirə sığacaq kimi deyil. Üstəlik sahili az qala maşın yoluna çeviriblər...

Əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu tərəflərə yolu düşmür, xəbərləri yoxdur. Düşsəydi, xəbərləri olsaydı, buna necəsə bir əncam çəkilərdi yəqin ki.

Təəssüf edirəm. Yalnız ona yox ki, göz görə-görə Xəzər məhv olur, həm də ona görə ki, aidiyyəti qurumların heç tükü də tərpənmir və hər gün biraz daha məhv olan Xəzərin dərdi, yuxarıdan kimsəni narahat etmir. Narahat etsəydi, corat sakininin dediyi kimi, Sumqayıtın kanalizasiyası belə asanlıqla, illərlə, dənizə axıdılmazdı və o boyda dəniz çirkab su mənbəyinə çevrilməzdi...

Dəniz onsuz da əlimizdən alınıb. Hasarlayıblar hər yeri. Giriş pulladır çox yerdə. Xəzərin sahili, demək olar, kafe-restoranların ixtiyarına verilib. İnsanların müəyyən qədər rahat nəfəs ala biləcəyi ərazilərdən biri də bura idi, o da belə... Daha burda nə çimmək, nə gəzmək mümkün olacaq.

P.S. Bulvar ərazisində dənizin çəkilməsi haqda bir-iki dəfə kimlərsə yazdı, amma aidiyyəti qurumlardan zərrə qədər reaksiya görmədim. Çətin ki, buna da bir reaksiya ola. Hər halda, bir vətəndaş kimi mən dedim. Görənlər də təsdiq edər hər halda.

Hələ açıqlama veriblər ki, iyunun 15-i çimərlik mövsümü açılır, yoxlayıblarmış və görüblərmiş ki, Novxanı çimərliyi yararlıdır.

Aparıb hamısını tökəsən o suya, deyəsən, "di çim, çimə bilirsənsə..."

Görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı Sonxeber.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.

O bildirib ki, Xəzər dənizi təkcə Novxanı deyil, digər ərazilərdə də geri çəkilib:

"Dənizin çəkildiyi üçün dəniz ətrafında yosunların olması təbii haldır. Bu hər zaman olub".

Onu da qeyd edək ki, Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.

Səhiyyə Nazirliyindən Sonxeber.az saytına verilən məlumata görə, yay mövsümünə hazırlıqla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinq keçirib.

Müayinələrin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub.

Həmçinin, aparılmış monitorinqlər zamanı Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Aparılmış laborator müayinə nəticələrinə əsasən, Pirşağı çimərliyinin suyunun mikrobioloji çirklənmə göstəriciləri də sanitariya norma və qaydalarının tələblərinə cavab verməyib.

Sumqayıt şəhər çimərliyində aparılmış monitorinq zamanı laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyaların sayı normadan çox olub.

Bu il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa istinadən, Səbail rayonun Şıx, Qaradağ rayonun Sahil, Suraxanı rayonun Hövsan, Xəzər rayonun Türkan, Sabunçu rayonun Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq olaraq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.

Novxanı çimərliyində nə baş verir? - Nazirliklərdən AÇIQLAMANovxanı çimərliyində nə baş verir? - Nazirliklərdən AÇIQLAMANovxanı çimərliyində nə baş verir? - Nazirliklərdən AÇIQLAMAAYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3284   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr