DYP-dən şagirdlər üçün təşkil edilən səfərlərlə bağlı MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi şagirdlərin ekskursiyalarını və ya digər səfərlərini təşkil edən şəxslərə müraciət ünvanlayıb.
Qurum belə səfərlərlə bağlı tövsiyələrini açıqlayıb.
"Yay mövsümünün başlaması ilə əlaqədar məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb.
Lakin təəssüf ki, belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır.
Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır.
Daxili İşlər Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, bu sahədə görülən işlərin effektivliyinin artırılması məqsədilə zəruri addımlar atıb.
Belə ki, daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub", - DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1213 Tarix: 13 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabr