Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMAKoronavirus pandemiyasından sonra dünyanı meymunçiçəyi virusu cənginə almağa başlayıb. Bir çox ölkədə adı çəkilən virusa yoluxma halları qeydə alınıb. Bunun nəticəsində bəzi ölkələrdə müəyyən tədbirlər də görülüb.

BAKU.WS xəbər verir ki, meymunçiçəyi virusuna Azərbaycanla qonşu ölkələrdə də rast gəlinib. Hələlik Azərbaycanda məlum virusa yoluxma halı qeydə alınmayıb.

Lakin ölkə ərazisində son dövrlər suçiçəyi virusuna yoluxanların sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr də aparılır. Bəzi valideynlər övladlarının şəkillərini paylaşaraq bu virusun meymunçiçəyi olma ehtimalını da irəli sürüb. Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Professordan ölkədə meymunçiçəyi virusunun qeydə alınma ehtimalının nə qədər yüksək olmasını soruşduq.
Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMATibb elmləri doktoru BAKU.WS-ə açıqlamasında bildirdib ki, Azərbaycana meymunçiçəyinin gəlməsi tam realdır: "Biz qloballaşan dünyada yaşayırıq və virusun ölkəmizə gəlməsi real görünür. Bunu kim desə ki, meymunçiçəyi vriusu Azərbayacana gələ bilməz, bu yanaşma yanlışdır.

Nə qədər ki, rəsmi dairələr bu virusun ölkədə olmasını təsdiq etməyib, bunu birmənalı təsdiq edə bilmərik. Meymunçiçəyi təkcə klinik əlamətlərlə deyil, laborator olaraq da təsdiq olunmalıdır. Bununla bağlı lazım olan karantin tədbirləri görülməlidir. Ən əsası isə əhali bu istiqamətdə maarifləndirilməlidir.

İnfeksiya ölkəyə hər hansı yolla gələ bilər. Bunu heç həmin şəxsin özü də bilməyə bilər. Burada əsas məsələ əhalinin bu infeksiyaya qarşı necə mübarizə aparmasıdır. Bu istiqamətdə ciddi işlər görülməlidir.

Bəzən sosial şəbəkədə məsuliyyətsiz həkimlər peyda olur ki, hamını aldadırlar. Bunun nəticəsi olaraq insanlarda yanlış təsəvvürlər formalaşmağa başlayır. Pandemiyanı real nəticələrdən sonra inkar etmək böyük çaşqınlıq yaradır. Nəticə olaraq bir qrup insan da bu cür dezinformasiyaların arxasınca sürünürlər".
Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMAAdil Qeybulla suçiçəyi ilə meymunçiçəyinin ecə ayırd edilməsi ilə bağlı suala belə cavab verib:

"Suçiçəyi varicella-zoster mikroorqanizm tərəfindən törədilib. Meymunçiçəyi isə "monkeypoks" viruslardandır. Bu virus nisbətən ağır gedişə malikdir. İnsanlar özbaşına bunu ayırd edə bilməzlər. İnsanlar bunu görməyib, fərqində olmayıblar. Ən azı buna bir təcrübə lazımdır. Telekanallar vasitəsilə bunu insanlara izah etmək lazımdır. Meymunçiçəyi zamanı baş və boyun ağrıları, yüksək hərarət, titrətmə olur. Daha sonra dəridə suluqlar əmələ gəlir. Bu suluqlar bir-birinə çox sıx yerləşir və içərisi şəffaf olmayan maye ilə dolu olur, irinə bənzəyir.

Suçiçəyində də içi mayeli qabarıcıqlar olur. Lakin nisbətən xırda olur. İnsanlar bilməlidir ki, bunları əllə qoparmaq olmaz. Çünki onda iz buraxa bilər. Xüsusi antiseptiklərdən vurmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1717   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr