Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan Zəfərə aparan yol" mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, tarixçi alimlər, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra "Qurtuluşdan Zəfərə aparan yol" mövzusunda xüsusi hazırlanmış video film nümayiş etdirilib.
Konfransı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov giriş sözü ilə açaraq qeyd edib ki, Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi, müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısının böyük məharətlə alınması ilə yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu.
15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış Tarixi Zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Tədbirdə həmçinin, Milli Məclisin deputatları, tarixçi alimlər, Vətən müharibəsi qazisi, rayon ictimaiyyət nümayəndələri çıxış ediblər, 15 İyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayıblar. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilibNizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 772   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr