Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü həbs edildi

Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü həbs edildi"Qara polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun ailəsinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum polkovnikin oğlu Adil Hüseynovun sürücüsü işləmiş 1989-cu il təvəllüdlü Cavid Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə ona yeddi il müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Cavid Məmmədzadə Fətulla Hüseynovun həyat yoldaşı Eleanora Hüseynovanın qızlarına məxsus olan və Bilgəh qəsəbəsində yerləşən ümumilikdə 0,237 hektar torpaq sahəsini sənədləşdirərək satmaq istəmələrini öyrənib. Torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını bilən sürücü E.Hüseynovaya Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verərək ondan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək üç dəfəyə ümumilikdə 137 min manat pul alıb. Lakin sonradan onun vədinə əməl etməməsi və pulları mənimsəməsi üzə çıxıb.

Cavid Məmmədzadə daha sonra Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini Hüseynovlar ailəsinə versə də, onlar bu torpaq sahəsini deyil, Cavidin onlardan aldığı 137 min manatı geri qaytarmasını tələb ediblər.

Qeyd edək ki, C.Məmmədzadənin Gürcüstandan maşın gətirmək adı ilə 4500 manat alıb vədinə əməl etmədiyi şəxs də məhkəmədə E.Hüseynova ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1492   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr