"Ulu Öndərin hakimiyyətə gəlməsi dönüş nöqtəsi oldu" - Sevil Mikayılova
"15 iyun Milli Qurtuluş Günü - Azərbaycan tarixində dönüş nöqtəsi, ölkəmizin parçalanma, yox olma təhlükəsindən xilas olduğu bir gündür. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələnin başlanğıcı oldu".
Bu fikirləri Sonxeber.az saytına açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk illəri müasir Azərbaycan tarixinin ən çətin dövrü idi, ölkəmiz yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı:
"O zaman hakimiyyəti zəbt etmiş insanların siyasi səriştəsizliyi, hakimiyyət uğrunda mübarizə ölkədə ağır siyasi böhrana, xaosa, özbaşınalığa səbəb olmaqla ölkəmizi dərin uçuruma sürükləyirdi.
Bununla yanaşı o zamankı hakimiyyətin qətiyyətli mövqeyinin olmaması müxtəlif silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması ilə nəticələnib. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.
Digər tərəfdən isə cəbhə bölgəsindəki uğursuzluqlar, ərazilərimizin erməni təcavüzünə məruz qalması vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə xalq çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Ulu Öndərin Bakıya qayıtması ölkəmiz və xalqımız üçün həyati zərurətə çevrildi. Ümummilli lider Heydər Əliyev xalqın bu istəyinə müsbət cavab verərək bu ağır taleyüklü məsələnin ağır məsuliyyətini öz üzərinə götürdü".
Deputat həmçinin qeyd edib ki, vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik bərqərar olundu, erməni təcavüzünün qarşısı alındı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi:
"Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olundu və inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində qüdrətli bir ölkəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanı güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirib. Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalına son qoymağa imkan verdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa etdi".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)