Şüuraltınızda olan mənfi düşüncələri bu üsulla təmizləyə bilərsiniz – Sehirli toxunuşlar

Şüuraltınızda olan mənfi düşüncələri bu üsulla təmizləyə bilərsiniz – Sehirli toxunuşlarHəyatın bütünü mənə rahatlıq, sevinc və möhtəşəmliklə gəlir şüarını əsas tutan "Access Consciousness"-"şüura keçid" proqramının geniş bir əhatə dairəsi və təsir gücü vardır. Həyatımıza fərqli qapılar açan özlüyündə( "bars seansı", müxtəlif "sistem", "vasitə və üsullara") sahib olan accessin hədəfi hər şeyin var olduğu və heç bir şeyin mühakimə olunmadığı birlik dünyası yaratmaq, məqsədi isə insanları bildiklərini bilmələri üçün gücləndirməkdir.

Ən rahat və möcüzələr gətirən üsullarından 1-i "Sual verməkdir". Sual verərək əslində xəbərdar olmadığımız fürsət, imkan və ehtimallara qapılar açmış oluruq. Mövcud vəziyyətin enerjisini dəyişdirən məhz sualla müraciətdir. "Bundan daha yaxşı necə ola bilər"?, "Həyatımı yaşamağa dəyərli qılan nəyi anlamalı, bilməliyəm?", "Nə olmalıyam"?, "Hansı istedadımı kəşf etsəm daha uğurlu və yaradıcı ola bilərəm?", "Bu arzumu reallaşdırmaq üçün hansı enerjidə, hansı bilincdə, hansı sahədə olmalıyam?" kimi fərqli mövzuda və tərzdə sual verərək yüzlərlə ehtimalları bizə gətirməsi adına kainata müracət edirik. Sualda qalıb, cavab axtarmağa keçməsək, o zaman "sehirli formula" işləməyə, kainat o sualın uyğun cavabını qarşımıza çıxarmağa ən yaxın zamanda başlamış olur. Bu cavablar bizə küçədə hərəkət halında, kimləsə hansısa mövzudakı söhbətin içində, birisinin əlindəki kitabın üz qabığında gələ bilər. Əsas olan sualı verib buraxdıqdan sonra baxdığımız hər nüansda diqqətli olmaq, mesajları, işarələri anlamaqdır.

"Beyin Detoxu" olaraq bilinən "Access Bars" seansı isə başda yerləşən 32 akupunktur nöqtələrinə zərif toxunuş edərək burdakı ( bədən, cinsəllik, şəfa, pul, zaman, əlaqələr, sevinc, kədər, güc,implant və s) mövzularda "şüuraltı ilə işləyən enerji proqramı" olub bu mövzularla bağlı bizim uşaqlıqdan sahib olduğumuz, başqalarından ötürülən,inandığımız lakin bizə xidmət etməyən inancları dəyişdirib, dönüşdürməyə xidmət edir. Neqativ enerji yükü, doluluq, bilmədən həyatımızın bu sahələrində yaratdığımız qəlibləri təmizləyərək kilidi açır, duyğu, düşüncə və hisslərimizi daha işlək vəziyyətə gətirir. Şüurlu qərarlar almağa daha çox meyilli oluruq. Bədəndə enerji axışı balansda olduğu üçün bizi keçmiş və gələcəyin üzüntü, qayğılarından uzaqlaşdırıb indiki ana fokuslanmağa kökləyir. Situasiyalara fərqli baxış bucağı və yanaşma tərzi formalaşır. Öz həyatımıza sanki kənardan baxaraq dəyərləndirmə potensialına sahib olub, həyatdan nə istədiyimiz və necə almalı olduğumuz barədə bizə fikirlər gəlir . Zehni səssizləşdirmək susmaq bilməyən düşüncələri səliqə səhmana salır. Bunları seans keçirilən şəxslərin dilindən və sahib olduğu enerji keyfiyyətindən də anlamaq mümkün olur. Bizi idarə edən şüuraltı və onun gücüdür. Onu özünə ram edən, enerjisini doğru şəkildə idarə edən kəs hər şeyi səviyyəli edir, həyatında ən gözəl günlərə yelkən açmış olur.

Günay Afsar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1789   Tarix: 16 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr