Vətən müharibəsi iştirakçısının intiharı ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA - YENİLƏNİB
Sabirabad Rayon İcra Hakimiyyəti Vətən müharibəsinin iştirakçısı Maşallah Manafovun intiharı ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-a daxil olan məlumatda deyilir ki, Sabirabad rayonu Cavad kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu 16 iyun 2022-ci il tarixdə Cavad kəndi ərazisində, pay torpağında ağacdan özünü asaraq intihar edib. Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
"Sosial şəbəkələrdə və bəzi internet saytlarında intiharla bağlı yayımlanan videomaterialın əvvəlində qazi və müharibə iştirakçılarının Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında toplaşdığı hissə 23 noyabr 2021-ci il tarixdə İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən Sabirabad Mədəniyyət Mərkəzində N saylı hərbi hissənin təşkilatçılığı ilə Sabirabad rayonundan olan şəhidlərin anılması ilə bağlı keçirilən və qazi, müharibə iştirakçılarının da iştirak etdikləri tədbirdən sonra lentə alınıb.
Maşallah Manafov isə ümumiyyətlə son zamanlar İcra Hakimiyyətinə gəlməyib. Təəssüf hissi ilə bildiririk ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır.
Məlumat üçün bildiririk ki, Vətən müharibəsi iştirakçısı Maşallah Manafov 2022-ci ilin fevral ayından Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Əmin" marketlər şəbəkəsində işlə təmin olunub, müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı müvafiq köməkliklər göstərilib", - qurumun açıqlamasında deyilir.
16:29
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cavad kəndində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Maşallah Manafov özünü asaraq intihar edib.
Bildirilib ki, Vətən müharibəsi iştirakçısı olan M.Manafov Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar
Gələn ay 10 gün iş olmayacaq
Faydaları sizi heyrətləndirəcək!
Bakıda müğənni əməliyyatdan sonra öldü
Aldığı təzə avtomobili ekspertizaya aparan kişi həyatının şokunu yaşadı
Partlayışda xəsarət alan həkim öldü
Sabah hava necə olacaq?
Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Qalmaqal: Kim Kardaşyanın oğluna anasının şəxsi videoları göstərildi
Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası
Mövlud Çavuşoğlunun qardaşı güllələndi
Həmin uşağın valideynləri tapıldı
Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI
Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı