Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - HƏBSİN TƏFƏRRÜATI

Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - HƏBSİN TƏFƏRRÜATIBu ilin fevralında tanınmış müğənni Manaf Ağayev Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

"Qafqazinfo" müğənninin dörd ay əvvəlki həbsi ilə bağlı bir sıra detalları əldə edib.

Belə ki, fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub.

Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə özünü tam təqsirli bildiyini deyib:

"Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlimdən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm".

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanskiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3191   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

5 may
.

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda

6 may
.

Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən aza

6 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Naxçıvanda daha bir həkim öldü

Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. * 13:20. Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxta

6 may
.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Son dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə

6 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may