Rekord uduş fondlu, bol uduşlu "10X"
"Azərlotereya" ASC daha çox uduş və daha çox şans olan "10X" ani lotereyasını təqdim etdi.
Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru "Azərlotereya" ASC yeni "10X" ani lotereyasını satışa çıxardı.
"10X" lotereyasının ümumi uduş fondu 68.545.840 AZN təşkil edir. Bu, indiyədək ani lotereyalar arasında maksimum göstəricidir. Ən böyük uduş məbləği isə 200.000 AZN-dir.
"10X" daha çox qazanmaq şansı vəd edir. Belə ki, "10X" simvolunu tapmaqla uduş məbləğinin 10 mislini qazanmaq mümkündür.
Qeyd edək ki, qiyməti 10 AZN olan lotereya biletlərinin ümumi sayı 10 080 000, uduşlu biletlərin sayı isə 2 781 697 ədəddir.
Oyunun qaydalarına gəldikdə isə bildirək ki, "üstüörtülü" lövhələri pozduqdan sonra "uduşlu rəqəmlər" lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) "rəqəmləriniz" lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.
"Azərlotereya" ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan "Scientific Games" ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı qeyd olunur.
Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1249 Tarix: 24 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrPensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə
20 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrSumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun
20 oktyabr