Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
"Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur".
Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub:
"Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Türkiyədə sel, daşqın hadisələri… Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb. Nəticədə bu gün səhər saat 08:00-lə müqayisədə, artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb.
Bu proses bu gün gecə ərzində davam edəcək və sabah gün ərzində Kür çayının yuxarı axınında yüksəksululuq müşahidə olunacaq, daşqın istisna olunmur. Buna görə, xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq etmək istərdik ki, Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə çox diqqətli olsunlar. Eyni zamanda yerli icra hakimiyyətlərinin müvafiq tədbirlər görməsi vacibdir".
U.Tağıyeva bildirib ki, iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:
"Buna görə də fasilələrlə, əsasən də respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi haqqında proqnozlar verilib, bəzi rayonlarda dolu düşəcəyi ehtimalı var".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4368 Tarix: 27 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Partlayışda xəsarət alan həkim öldü
Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini
5 mayBakıda müğənni əməliyyatdan sonra öldü
Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub
5 mayHəmin uşağın valideynləri tapıldı
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində
5 maySabah 23 dərəcə isti gözlənilir
Azərbaycanda mayın 7-də 23 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
6 mayİdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA
Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya
6 maySon dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə
6 may"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ
Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj
6 may