Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblarKorrupsiyada təqsirləndirilən və ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il həbs cəzası alan Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirovun ailəsi dələduzluqla qarşılaşıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, L.Qədirovun qardaşı və həyat yoldaşı ibtidai istintaq və məhkəmə prosesi zamanı onun həbsdən azad edilməsi, daha yüngül cəza almasına nail olmaq məqsədilə keçmiş polis zabiti, 1969-cu il təvəllüdlü Xanlar Əliyevə 52 500 manat pul veriblər. X.Əliyev vəd etdiyi işi 100 min manata həll edəcəyini, Lütfi Qədirovun azadlığa çıxmasından sonra onun ailəsindən daha 50 min manat alacağını bildirib. L.Qədirovun ailəsi də bu vədlə razılaşıb.

L.Qədirovun məhkəmələrində iştirak edən, onu yüksək vəzifəli şəxslərin vasitəsilə həbsdən azad etdirəcəyini bildirən Xanlar Əliyev vədinə əməl etməyib. Belə ki, L.Qədirova məhkəmənin hökmü ilə 11 il həbs cəzası verilib. Bundan sonra zərərçəkmiş tərəf prokurorluğa müraciət edib.

Araşdırmalar zamanı məlum olub ki, L.Qədirovun qardaşı Şirxan Qədirov Xanları sinif yoldaşı Əlifəttah vasitəsi ilə tapıb. Əlifəttah əvvəllər polis orqanlarında işləyib, hazırda isə onunla balıq ticarəti ilə məşğul olan Xanların bu işi müsbət həll edə biləcəyini deyib və tərəflər arasında vasitəçilik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xanlar və Əlifəttah Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Məhkəmənin 21 iyun 2022-ci il tarixli hökmü ilə Xanlar Əliyevə 8 il həbs cəzası verilib. Tərəflər arasında vasitəçilik etmiş Əlifəttaha qarşı isə 8 min manat cərimə cəzası tətbiq edilib.

Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirova 11 il həbs cəzası verilib. Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1429   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə

20 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr