Konstitusiya Məhkəməsinin sədri: "Plenumda az sayda şikayətlərə baxılması vətəndaşların narazılığına səbəb olur"

Konstitusiya Məhkəməsinin sədri: "Plenumda az sayda şikayətlərə baxılması vətəndaşların narazılığına səbəb olur"Digər ölkələrlə müqayisədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən az sayda şikayətlərə baxılması bir çox hallarda vətəndaşların narazılığına səbəb olur.

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.

"Konstitusiya Məhkəməsinə hər il orta hesabla 2 000-dən çox şikayət daxil olur. Lakin onların əksəriyyəti müvafiq orqanlara aidiyyəti üzrə baxılması üçün göndərilir", - o, bildirib.

F.Abdullayev deyib ki, Konstitusiya Məhkəməsinin Palatalarına öyrənilməsi üçün isə 500-ə yaxın şikayət göndərilir:

"Yoxlanılma nəticəsində şikayətlərin az bir hissəsi Plenumun müzakirəsinə çıxarılır. Xüsusilə qeyd etməliyəm ki, konstitusiya şikayəti əsasında hər hansı bir işin Plenumun icraatına qəbul edilməsi üçün şəxsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının pozulması əsas meyar kimi çıxış edir. Məhz bu səbəbdən digər ölkələrlə müqayisədə Plenum tərəfindən az sayda şikayətlərə baxılması bir çox hallarda vətəndaşların narazılığına səbəb olur. Lakin Konstitusiya Məhkəməsi olaraq biz şikayətləri Plenumun icraatına qəbul edilməyən hər bir şəxsə izah edirik ki, konstitusiya nəzarəti orqanı məhkəmə instansiyası deyil və artıq qeyd etdiyim kimi, onun faktiki halları araşdırmaq səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmayıb".

Fərhad Abdullayev qeyd edib ki, şikayətlərdə əsasən sosial təminat hüququ, məhkəmə müdafiəsi hüququ, mülkiyyət hüququ ilə bağlı məsələlər üstünlük təşkil edir:

"Konstitusiya şikayəti institutundan bəhs edərkən bu sahədə mövcud olan xarici təcrübə xüsusi maraq doğurur. Qeyd edilməlidir ki, Konstitusiya məhkəmələrinə şikayət təqdim etmək hüququ bir çox ölkələrin qanunvericiliyində nəzərdə tutulmuşdur və getdikcə bu ölkələrin sayı çoxalır. Məsələn, Türkiyə Respublikasında 2010-cu ildə Əsas Qanuna edilən dəyişikliklərdən sonra fərdi şikayət institutu 2012-ci ildən etibarən tətbiq olunmağa başlanıb. Bu günə kimi fərdi şikayətlər əsasında Türkiyə Respublikası Konstitusiya Məhkəməsi tərəfindən 10 min 160 qərar qəbul edilib. Qazaxıstan Respublikasında isə cari il iyunun 5-də Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib. Bu əlavə və dəyişikliklərin edilməsi ilə konstitusiya nəzarəti institutunun modernləşdirilməsi, Konstitusiya Şurasının Konstitusiya Məhkəməsi ilə əvəzlənməsi, həmçinin Məhkəməyə müraciət edə biləcək subyektlərin dairəsinin genişləndirilməsi, o cümlədən vətəndaşların müraciət etmək imkanı nəzərdə tutulub. Bir çox ölkələrin təcrübəsi onu göstərir ki, təsirli və effektiv konstitusiya şikayəti institutu tətbiq edilmədən Konstitusiyanın aliliyini və ölkədə konstitusionalizmin sistemli şəkildə inkişafını təmin etmək çox çətindir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1155   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr