Gəncədə 62 yaşlı kişi tərəfindən zorlanan 17 yaşlı qız hamilə qaldı - MƏHKƏMƏ İŞİ

Gəncədə 62 yaşlı kişi tərəfindən zorlanan 17 yaşlı qız hamilə qaldı - MƏHKƏMƏ İŞİGəncə şəhərində 1960-cı il təvəllüdlü Ayaz qonşusunun 17 yaşlı qızı Leylaya (adlar şərti verilib - red.) təcavüz edib.

Sonxeber.az teleqraf.com-a istiadən xəbər verir ki, Ayaz 2021-ci ilin avqust ayının əvvəlində, günorta saatlarında uşaq serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Leylanı zorlamaq qərarına gəlib.

Ayaz Leylanın evinə təkbaşına su apararaq darvazadan içəri girdiyini görüb. O, evdə başqa şəxslərin olmadığına əmin olduqda həyətə keçib. Leylanı zor tətbiq edəcəyi ilə hədələyib, onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1985-ci ildə ailə qurub və həmin nikahdan üç övladı doğulub.

Ayazın ifadəsinə görə, Leylanın anası Pəri onun qonşuluğunda yaşayıb: "Pərini təxminən 30 ildən artıqdır tanıyıram. Onun evi ilə mənim evimin ara məsafəsi təxminən 200-250 metrdir. Heç vaxt ədavətimiz və ya düşmənçiliyimiz olmayıb. Pəri ata evində övladları Leyla və Ləman ilə birlikdə yaşayıb. Qonşu kimi onların evində elektrik işi görmüşəm, odun doğramışam, nə vaxt çağırıblarsa, onlara əlimdən gələn köməyi etmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il yanvar ayının 15-də "Məktəb" küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pəri və qızı Ləman onu nalayiq ifadələrlə təhqir ediblər:

"Onlar Leylanın hamilə olduğunu, mənim Leylanı zorladığımı dedilər. Mən isə Pəri və qızı Ləmana etiraz etdim, heç vaxt elə bir iş görmədiyimi söylədim. Leyla ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı zorakılıq hərəkətləri etməmişəm".

Ayaz əlavə edib ki, Leylaya heç bir hədə-qorxu gəlməyib:

"Leylanın mənim adımı niyə çəkdiyini anlamıram. Onlara heç bir pisliyim dəyməyib. Leylanın hamilə qalmasının mənə aidiyyəti yoxdur".

Cinayət işi üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, anası Pəri və bacısı Ləman ilə birlikdə yaşayır:

"Atam 2014-cü ildə dünyasını dəyişib. Ailəmizdə kişi olmadığından və maddi imkanlarımızın zəifliyindən qonşular mütəmadi olaraq bizə kömək edərək ərzaq gətiriblər. Bizə maddi dəstək göstəriblər. Qonşu Ayaz bizə ev işlərində köməklik edib. Evimizə anamın çağırışı əsasında gəlib, evdə təmir işləri görüb, həyətimizdə ağacların budanmasına yardım edib".

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin avqust ayının əvvəllərində anası Pəri və bacısı Ləman göz həkiminə gediblər:

"Mən anamın tapşırığı ilə küçəyə gələn su maşınını gözlədim. Təxminən günorta saatlarında maşın yaşadığımız küçəyə gəlib siqnal verməyə başladı. Evdə olan su qablarını götürərək darvazadan çölə çıxdım.

Səkkiz ədəd kiçik su qabını doldurdum və iki-iki olmaqla evə daşımağa başladım. Sonuncu iki su qabını evin darvazasından içəri aparanda arxamca kiminsə gəldiyini hiss etdim. Əlimdəki su dolu qabları yerə qoydum, qapını bağlamaq istəyən zaman Ayaz əli ilə ilk öncə qolumdan tutdu, daha sonra saçımı yoldu. O, səsimi çıxarmamağımı söylədi, baş nahiyəmə şillə ilə vuraraq səsimi çıxaracağım halda məni öldürəcəyini bildirdi.

Asta səslə evdən getməsini söylədim. Dəfələrlə deyib yalvarsam da, Ayaz sözlərimə məhəl qoymadı. Saçımdan tutaraq məni pilləkənlə evə qaldırdı, qonaq otağına apardı.

Məni divana doğru itələdi, zərbənin təsirindən divana sarı getdim. Ağlaya-ağlaya Ayaza yalvardım ki, məni buraxsın. Amma sözlərimə məhəl qoymadı. Məni soyundurdu, sonra özü də soyundu. Mənimlə cinsi əlaqədə oldu".

Zərərçəkmiş bildirib ki, Ayaz onunla cinsi əlaqədə olandan sonra paltarını geyinib və bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürməklə hədələyib:

"Ayazın evimizə yenidən gəlməsindən, məni öldürməsindən qorxdum. Həmçinin utandığımdan anama, bacıma və heç kəsə bu barədə məlumat vermədim. Sonrakı günlərdə məndə ürək bulantısı və halsızlıq oldu. Anam bir neçə dəfə evə təcili tibbi yardım çağırdı. Həkimlər müəyyən dərmanlar təyin etdilər, dərmanları qəbul etdim.

Sonrakı günlərdə Ayaz qarşımı kəsdi, mənə qarşı etdiyi təcavüzlə bağlı heç kəsə məlumat verməməyi bildirdi, əks halda məni öldürəcəyini söylədi. Yenə də qorxudan bu barədə heç kəsə məlumat vermədim. Bir müddətdən sonra qarnım böyüməyə başladı. Anam və bacım narahat olduğundan məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardılar. Həkim müayinəsi zamanı 22 həftəlik hamilə olduğum aydınlaşdı. Anam və bacım məni xəstəxanada danışdırdılar. Onlara olanları danışdım, Ayaz tərəfindən zorlandığımı söylədim".

Cinayət işi üzrə ifadə verən Pərinin sözlərinə görə, əri xərçəng xəstəliyindən dünyasını dəyişib. O, ifadəsində qeyd edib ki, Leylanın Ayaz tərəfindən zorlanmasını biləndən sonra polisə müraciət edib.

Cinayət işində olan ekspertizasına dair rəyində görünür ki, Leylanın bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməyib.

Bundan başqa, rəydə qeyd olunub ki, Leylanın qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu onunla pozulmadan cinsi əlaqəyə girməyə imkan verir.

Həmçinin rəydə göstərilib ki, Ayazın Leyla ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməyib.

Digər bir ekspert rəyinə görə, Leylanın bətnində olan qadın cinsindən olan uşağın bioloji atası Ayazdır.

Ayaz 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2663   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəlif fəsadlara yol aça bilər. Həkimlərin sözlərinə görə, tatu zamanı istifadə oluna

2 mart
.

İranın müvəqqəti müdafiə naziri öldürülüb

İsrailin "Channel 12" kanalı İranın müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti həyata keçirən Məcid bin əl-Rzanın öldürüldüyü ilə bağlı məlumat yayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd edək ki, general Məcid bin əl-Rza ötən gün İranın müdafiə nazirinin vəzifələrini müvəqqət

3 mart
.

"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat

Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhər

3 mart
.

Zelenski Ukraynada növbəti seçkilərin nə zaman olacağını açıqlayıb.

Ukrayna lideri Vladimir Zelenski növbəti seçkilərin nə zaman olacağını açıqlayıb. xəbər verir ki, bu barədə "Corriere della Sera" informasiya yayıb. Vladimir Zelenski növbəti seçkilərin müharibə bitdikdən sonra keçiriləcəyini vurğulayıb. Zelenski ölkədə prezident seçkisinin müvəqqəti atəşkə

3 mart
.

On üçüncü günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on üçüncü günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:46-ya, iftar isə 18:49-a təyin olunub. On üçüncü günün imsak duası:. "Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnik

2 mart
.

Xəyalə Quliyevanın "Maşın Şou"da qazandığı avtomobil ƏLİNDƏN ALINIB? - VİDEO +Yenilənib

Tanınmış aktrisa Xəyalə Quliyevanın "Maşın Şou"da qazandığı avtomobili əlindən alınmayıb. xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib. "Səhər durandan hamı maşınla bağlı mənə xəbər atır. Başa düşə bilmirəm, bu saxta məlumatlar haradan alınır

4 mart
.

Sosial mediada yaranan viral trendlər insanların davranış və əxlaqına necə təsir edir? - AÇIQLAMA

Bir zamanlar cəmiyyətin davranış kodlarını ailə, məktəb və ictimai mühit formalaşdırırdısa, bu gün həmin prosesə sosial media da aktiv şəkildə qoşulub. Xüsusilə viral trendlər qısa müddətdə milyonlarla insana çataraq onların həyatına müxtəlif mənada təsir edə bilir. Bəs sosial mediada yaranan viral trendlə

4 mart
.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan "Namiq Dəlidağlı - Sözdə görünən adam" kitabının təqdimat

3 mart
.

Deputatın şirkətinə protokol yazdı, məhkəmə işə xitam verdi

Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi "Embawood" MMC barəsində inzibati iş başlayıb. xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddəd

3 mart