İcra hakimiyyətindən Sumqayıtda küləkli havada məişət tullantıları toplanan ərazidəki yanğınla bağlı AÇIQLAMA
Bir neçə gün öncə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın başlayıb. Güclü küləkli hava şəraitində məişət tullantıları toplanan ərazilərdə yanğının baş vermə halları artıq adət halını alıb.
Məişət tullantıları poliqonlarında utilizasiya prosesi normativlərə uyğun aparılmır? İcra Hakimiyyətlərinin nəzdində olmayan müxtəlif növ tullantıların toplandığı ərazilərdə baş verən yanğınlar zamanı fəsadları kim aradan qaldıracaq?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə dekabrın 28-də baş verən yanğın Məişət Tullantıları Poliqonunda qeydə alınmayıb:
"Məişət Tullantıları Poliqonuna gəlincə, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu problemin aradan qaldırılması üçün maraqlı tərəf kimi çıxış edir. Poliqonun idarə edilməsi "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC tərəfindən həyata keçirilir. Müqavilə əsasında həmin ərazi icarəyə verilib. İcarədar tərəfindən gündəlik poliqonda çeşidlənmə işləri aparılır və yanğın hallarının olmaması üçün gündəlik olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür.
Bu il ərzində ərazidə bir dəfə yanğın hadisəsi baş verib. Ərazidən keçən elektrik naqilinin qırılması nəticəsində yanğın olub. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən icarədar cərimə olunub".
Məlumatda o da qeyd edilib ki, Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri aparılıb:
"Layihə aidiyyəti qurumlara təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 719 Tarix: 31 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabr