Yunanıstandan Azərbaycana qarşı həyasız demarş - həm qazımıza isinir, həm də...

Yunanıstandan Azərbaycana qarşı həyasız demarş - həm qazımıza isinir, həm də...Politoloq: "Bu sərsəmləmələrlə bağlı etiraz notası təqdim olunmalıdır"

Yunanıstanın xarici işlər naziri Yorqos Herapetritis Ermənistana səfər edib. Səfər zamanı o, bir sıra anti-Azərbaycan açıqlamaları verib, ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətsizlik göstərib, daxili işlərimizə kobud müdaxilə edib. Başından yekə fikirlər söyləyib.

Məsələn, Herapetritis İrəvanda ölkəsinin "Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi"ni bildirib. Yəni həm də sırf xristian təəssübkeşliyindən çıxış edib.

Qeyd edək ki, Yunanıstan Azərbaycanın enerji təhlükəsizliyində xüsusi rol oynadığı, bizdən təbii qaz, neft idxal edən tək ölkədir ki, bizə qarşı belə demarşa yol verir, təxribatçı və haqsız mövqe sərgiləyir. Görəsən niyə? Qarabağda Azərbaycan xalqının dini-mədəni irsi erməni vandalları tərəfindən Yer üzündən silinəndə Yunanıstan və onun siyasiləri, diplomatları harda idilər, səsləri niyə çıxmırdı?

Arayış üçün bildirək ki, Yunanıstan təbii qaza olan ehtiyacının 20 faizini Azərbaycan hesabına ödəyir. Qazla yanaşı bu ölkə bizdən neft və neft məhsulları, azot gübrələri, tütün xammalı da alır. O zaman bu ikiüzlü siyasətin adı nə?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Yunanıstana etiraz notasının təqdim olunmasının tərəfdarıdır: "Qərb ölkələri Ermənistanla Azərbaycan arasında Qarabağ torpaqlarımızın işğalı səbəbindən yaşanmış münaqişədə on illərdir ki, Ermənistanı dəstəkləyirlər. Bu məsələdə Fransa və Yunanıstanın xüsusi canfəşanlığının və onların bəzən az qala ermənidən daha çox erməni olduqlarını göstərmək cəhdlərinin kökündə bir məsələ - xristian təəssübkeşliyi dayanır. Biz Fransa hökuməti və onun sərsəm prezidenti Makronla artıq layiq olduğu dildə danışmağa start vermişik. Hesab edirəm ki, Azərbaycan hökuməti eyni şəkildə də Yunanıstanın cavabını verməlidir. Bir məsələni daima diqqətdə saxlamalıyıq. Həyatda tarix də göstərir ki, hamı ilə eyni dildə danışmaq heç də yaxşı nəticələrə aparıb çıxarmır. Bu səbəbdən hər kəslə onun anladığı dildə danışmaq lazımdır. Belə olduqda, sən həm də öz mövqeyini davamlı qoruya bilirsən. Bu səbəbdən Qarabağ savaşında öz haqqını bərpa etmiş Azərbaycana qarşı nümayiş etdirilən bu cür siyasi əxlaqsızların qarşısında humanizm nümayiş etdirməyə lüzum yoxdur.

Fransa və Yunanıstan kimi ölkələr və bu ölkələrdə siyasi hakimiyyətin başında dayananlar anlamalıdırlar ki, Azərbaycansız Cənubi Qafqazda onlar heç nə edə bilməzlər. Bu gün Azərbaycan Cənubi Qafqazın açar dövlətidir, onun iqtisadiyyatının 70%-ə qədərinə sahibdir və bu regionun yeganə neft-qaz resursları olan ölkəsidir. Və nəhayət, bu gün Azərbaycan bütün dünyaya hansı hərbi gücə sahib olduğunu hərb meydanında sübut etmiş bir ölkədir. Bu torpaqlarda mövcud olmağın yeganə yolu Azərbaycanla sivil münasibətlər qurmaqdan keçə bilər. Azərbaycanı bu və ya digər şəkildə şantaj etməklə bu məkanda əsaslanmaq mümkün deyil. Müstəmləkə təfəkkürünə söykənən belə təhdid yolları isə hər kəsi dalana aparıb çıxaracaqdır.

Baxın, Yunanstan xarici işlər nazirinin "Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi"nə dair sərsəmləmələri nə vaxt baş verir? Bu bəyanatın ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqların boğulmasında ittiham etməsindən bir qədər sonra səsləndirilməsi təsadüfi deyil. Bu, ABŞ rəsmilərinin dini azadlıqlarla bağlı Azərbaycana qarşı səsləndirdiyi böhtan xarakterli fikirlərdən sonra həmin baxışların onun Avropadakı vassalları tərəfindən davam etdirilməsi deməkdir. Bu sadəcə ikili standartlar deyil, xristian həmrəyliyidir. Belə olmasaydı, 30 il işğal altında saxlanmış Qarabağ torpaqlarımızda erməni vandalları tərəfindən bütün dini və mədəniyyət abidələrimizin yerlə yeksan edilməsi faktı bu siyasi əxlaqsızların dilindən heç olmasa bircə dəfə səslənərdi.

Hesab edirəm ki, Yunanıstan xarici işlər nazirinin bu sərsəmləməsinə ən yüksək səviyyədə münasibət bildirilməlidir. Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılmalı və ona bu sərsəmləmələrlə bağlı etiraz notası təqdim olunmalıdır. Eyni zamanda, Yunanıstan xarici işlər naziri persona non-qrata elan edilməlidir. Bu fikirlər nə qədər sərt səslənsə də, dediklərimin alternativini görə bilmirəm...

Bütün bunlar bir daha göstərir ki, Qərbin xristian həmrəyliyinə söykənərək türk-islam dünyasına qarşı nümayiş etdirdiyi ədalətsiz münasibətə qarşılıq olaraq türk-islam dünyası daha əzmkar birlik nümayiş etdirməlidir. Baxın, son onilliklər boyu türk-islam dünyasına aid ölkələr Qərb dövlətlərinin xristian həmrəyliyinə söykənərək atdıqları addımlardan nə qədər məşəqqətlər yaşayıblar?

Bütün hallarda bizə qarşı yönəlmiş haqsızlıqlara layiqli cavab verməliyik".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də hesab edir ki, Azərbaycan Yunanıstana xəbərdarlıq etməlidir: "Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu ölkəni ilk tanıyan Yunanıstan olub. Erməni-yunan münasibətləri antitürk mövqeyi üstündə qurulub. Düşmənlərimiz tarixi bizdən yaxşı bilirlər və yaddaşlarında saxlayırlar. Yunan xarici işlər nazirinin İrəvanda anti-Azərbaycan açıqlamalarına gəldikdə isə, buna rəsmi Bakı sərt reaksiya bildirməlidir. Yunan səfiri XİN-imizə çağırılıb ona nota təqdim edilməlidir. Azərbaycan Yunanıstana xəbərdarlıq etməlidir. Bir neçə Avropa ölkəsinə qaz, neft məhsulları veririk, amma istədiyimiz dəstəyi ala bilmirik. Bu problemi aradan qaldırmalıyıq. Bunun üçün də qaz, neft verdiyimiz Avropa ölkələrinə təzyiq etməyə bacarmalıyıq. Əgər onlar bizdən asılıdırsa, biz də bunun səmərəsini görməyə bacarmalıyıq. Ukrayna-Rusiya müharibəsi Avropanın qaz və neftə ehtiyacını çoxaltdı. O cümlədən bu məsələdə Azərbaycana da ehtiyacları var. Fon der Lysyen boşuna Bakıya səfər etməmişdi. Rus qazı və neftindən sözdə imtinasından sonra Azərbaycan neft və qazının Avropaya dəstəyi az olmadı. Bu dəstəyin qarşılığını almağı bacarmalıyıq".

Azərbaycanın İsraildə səfirlik açması çox vacibdir"

Politoloq Rusif Məmmədsoy isə Yunanıstanın ölkəmizə qarşı münasibətində həm də Azərbaycan-Şimalı Kipr Türk Respublikası əlaqələrini əsas görür: "Yunan rəsmisinin İrəvanda sərsəm açıqlamalar verməsini təəccüblə qarşılamamalıyıq. Yunanıstan prosesin əvvəlindən sonuna qədər ermənilərin yanında tamamilə obyektivlikdən kənar çıxış ediblər. Yunan rəsmisi Yorqos Qarabağda xristian ocaqlarının qorunması ilə bağlı kampaniyaya start verəcəklərini bildirir. Yorqosa sual vermək lazımdır ki, 3-5 erməninin taleyi ilə bu qədər maraqlanırsınızsa, o zaman 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün taleyi ilə bağlı bir dəfə də olsun fikir bildirdinizmi? Bilirsiniz, biz artıq anlamalıyıq ki, bizim qarşımızda sadəcə Ermənistan deyil, biz həm də dünyanın bir sıra ölkələrinə, bir neçə ölkəni istisna etsək xristian blokuna qarşı mübarizə aparırıq. Yunanıstanın mövqeyinə gəlincə isə, Azərbaycanın Şimalı Kipr Türk Cümhuriyyəti ilə münasibətləri, Türkiyə ilə strateji müttəfiqlik səviyyəsinə gəlməsi də görünür ki, Afinanı ciddi şəkildə narahat edir. Buradan həm də belə bir nəticə ortaya çıxır ki, bizi artıq sadəcə Azərbaycan olaraq deyil, həm də Türkiyə-Azərbaycan olaraq qiymətləndirirlər. Ümumilikdə bu tipli açıqlamalardan narahat olmağa dəyməz. Cənab prezident İlham Əliyevin də dediyi kimi Qarabağ məsələsi tarix olub və biz növbəti hədəflərə baxmalıyıq".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1153   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr