Uşaq evinin itkin sakini tapıldı: "Yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoludan tullanıb qaçıb" - YENİLƏNİB
"Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək".
Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib:
"Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm.
Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq".
Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb:
"Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun "Elmlər Akademiyası" stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar".
Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib:
"Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır".
09:34
Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.
"Report"un xəbərinə görə, 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 692 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr