Şəhid və qazi ailələri bütün tibbi xidmətlərdən pulsuz yararlana bilər? - AÇIQLAMA
İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Aydındır ki, icbari tibbi sığorta vasitəsilə pulsuz əməliyyatlar və müalicələrdən yararlanmaq mümkündür. Bəs şəhid və qazi ailələri tibbi xidmətlərdən pulsuz yararlana bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, lkədə uzun müddətdir icbari tibbi sığorta tətbiq olunur:
"Lakin vətəndaş qəbulu təcrübəmə əsasən deyə bilərəm ki, hələ bir neçə vacib tibb sahəsi sığorta sisteminə daxil edilməyib. Elə əməliyyat növləri var ki, vətəndaşa zəruridir. Lakin tibbi sığortadan faydalana bilmir. Doğrudur, bu gün tibb sahəsində sığorta tətbiqindən sonra vətəndaş narazılıqları azalıb. Mən düşünürəm ki, tibbi sığortanın əhatə sahəsinin genişləndirilməsi vacibdir. Xüsusilə, onkoloji xəstəliklərlə bağlı qeyd etmək istəyirəm ki, bu xəstəliyin müalicə və müayinəsi böyük məbləğlər tələb edir".
Deputatın sözlərinə görə onkoloji xəstələrin müalicəsinin dövlət tərəfindən tamamilə qarşılanması da real ola bilməz, bu sahədə dünya təcrübəsinə baxanda da tam şəkildə sığorta sistemiylə müalicə olunmasını təmin edən dövlətlər də azdır:
"Düşünürəm ki, bunun bir neçə yolu var, əgər sığorta tam müalicəni qarşılaya bilmirsə, vətəndaşın gəlirini nəzərə alaraq ya müəyyən qrup vətəndaşların müalicəsi sığortadan qarşılansın, ya da sığorta müalicə və əməliyyatın yarısını qarşılasın. Həmçinin, sığortayla müalicəsi mümkün olmayan xəstəliklərə daha vacib misal əməliyyat kimi zəruri xidmətin sığorta paketinə aid edilməsi mümkün ola bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1084 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr