Azərbaycanda ölü doğulan körpələrin sonrakı aqibəti necə olur? - AÇIQLAMA
Bu gün müzakirə olunan məsələlərdən biri də, xəstəxanalarda ölü doğulan körpələrin sonrakı aqibətidir. Bir çoxları ölü körpələri valideynlərə verilmədiyini iddia edirlər.
Məsələ ilə bağlı Sonxeber.az-a ginekoloq Rəşad Sultan açıqlama verib:
"Ölü doğum bir patologiyadır. Bu hal tibbi baxımından səbəbi araşdırılması vacib olan durumdur. Əslində biz həkimlər istərdik ki, bütün bətndaxili yaxud yaşlı adamların ölümü patoloji anatomiyada araşdırılsın. Bunun bir elmi faydası olsun. Ölüm halını araşdırmaq elmi baxımından dəyərlidir. Ölü doğulmuş uşaqlar da bu baxımdan dəyərləndirilməsi ailəyə təklif olunur. Əlbəttə ki, xəstə yiyələri və yaxınlarının bundan imtina etmə haqları var. Ona görə də çox vaxt imtina ediblər. Uşaqlar ailəyə verilir və onlar dəfn edirlər. Əgər valideyn istəmirsə, o zaman pataloji anatomiyaya göndərilir. Müəyyən hallarda məhkəməlik vəziyyət varsa, şikayət yaxud başqa səbəbdən tibbi müəssisəsinin təşəbbüsü ilə məhkəmə qurulubsa məcburi şəkildə tibbi ekspertizaya göndərilə bilər. Yəni ölü doğulmuş uşaqlar belə yönləndirilir
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3097 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr