Birinci sinfə elektron qeydiyyat prosesində dəyişiklik edilib - SƏBƏB
Bakı şəhərində 2024-25-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
"İdarədən qeyd edilib ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər bir ay ərzində (15 yanvar - 15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə ("146-1") zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq tövsiyə olunur.
Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir", - BŞTİ-nin məlumatında deyilir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar