ASALA Azərbaycana hücum edəcək - Ermənistandan şok çağırış
Ermənistanda "proksi qüvvələrin" – ASALA və digər terror təşkilatların Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb.
Erməni politoloq Ara Poqosyan Ermənistanın qarşısında iki yolun olduğunu deyib.
Onun sözlərinə görə, bunlardan biri Paşinyan hakimiyyətinin yolu ilə getməkdir: "Bu yol Ermənistanın strateji ərazilərinin itirilməsi ilə nəticələnəcək. İnsanların çoxu ölkəni tərk edəcək, çünki onlar belə alçaldıcı vəziyyəti qəbul etməyəcəklər. Lakin bütün bunlar tədricən baş verəcək və ölkədə qalanlar vəziyyətə uyğunlaşacaqlar".
Erməni politoloq ikinci yolun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğunu deyib.
"Peşəkar siyasi komanda hakimiyyətə gəlməlidir. Onların vəzifəsi beynəlxalq zəmanətlərlə danışıqları dayandırmaq, yaxud ən azı müvəqqəti fasiləyə nail olmaqdır. Buna paralel olaraq, cəmiyyəti "təhlükəsizlik prinsipi" ətrafında birləşdirməli, müttəfiqlər dairəsi formalaşdırmalı, fəal xarici siyasət doktrinası hazırlamılıdır.
Strateji silahlar əldə edilməlidir. Coğrafi imkanlardan istifadə edərək, müdafiə rayonları formalaşdırılmalıdır. Üç mərhələdən ibarət səfərbərlik sistemi yaradılmalıdır. Proksi qüvvələrin təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilməsi təmin edilməlidir", - Ara Poqosyan deyib.
Bəllidir ki, Poqosyanın təklifləri bölgədəki reallıqları dəyişdirmək, Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq və yenidən işğal siyasətini həyata keçirməkdir. Onun təkliflərində əsas diqqətçəkən məqam "proksi qüvvələr" detalıdır. Ermənistanın "təhlükəsizliyinə" cəlb edilə biləcək "proksi qüvvələr" isə ASALA və onun nəzdində fəaliyyət göstərən digər terror qrupları (VOMA və s.) ola bilər./Publika.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2605 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr